AZ

Moskva vilayətində təyyarə qəzaya uğradı: Heyət üzvləri həlak oldular

Rusiya Fövqəladə Hallar Nazirliyi "Superjet 100" təyyarəsinin Moskva vilayətində qəzaya uğraması barədə xəbərləri təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Sukhoi Superjet 100" təyyarəsi Moskva vilayətində qəzaya uğrayıb. Təyyarə meşəlik əraziyə düşüb. Təyyarədə üç nəfər (ekipaj üzvləri) olub, ilkin məlumata görə, onlar ölüblər", - deyə bildirilir.

"Sukhoi Superjet 100 NEW-95" təyyarəsi Moskva vilayətinin (Rusiya) Kolomenski rayonunda qəzaya uğrayıb, ilkin məlumata görə, göyərtəsində sərnişin olmayıb, cəmi üç ekipaj üzvü olub.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə əməliyyat xidmətləri məlumat yayıb.

Qəzaya uğrayan sərnişin təyyarəsi uzun müddət Voskresensk üzərində dövrələr vurub. Hazırda təcili yardım xidmətləri hadisə yerinə gəlir.

Seçilən
149
16
sitat.info

10Mənbələr