AZ

Göyərtəsində sərnişinlərin olduğu təyyarə havaya qalxarkən qəzaya uğradı: Ölənlər var

Nepalda göyərtəsində sərnişinlərin olduğu “Saurya” Hava Yollarına məxsus təyyarə havaya qalxarkən qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə “Kathmandu Post” məlumat yayıb.

Təyyarənin Katmandudan Poxaraya uçduğu, göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 19 nəfərin olduğu bildirilir. Uçuş zamanı təyyarə eniş zolağından çıxıb. İlkin məlumatlara görə, ən azı beş sərnişin ölüb.

Təyyarənin kapitanı xəstəxanaya çatdırılıb. Hadisə yerində polis və yanğınsöndürənlər xilasetmə işləri aparır.

Seçilən
90
16
publika.az

10Mənbələr