AZ

Təyyarə qəzaya uğradı: 2 nəfər ölüb

ABŞ-nin Viskonsin ştatının Nekimi şəhərində hava şousu yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Açıqlamaya görə, təyyarə Oşkoş Vittman Regional Hava Limanında EAA AirVenture aviaşousundan təxminən 2 mil (3 kilometr) cənubda qəzaya uğrayıb.

Vinnebaqo qraflığının şerif ofisindən verilən məlumata görə, qəza yerinə gələn fövqəladə hallar xidmətinin əməkdaşları təyyarənin tamamilə yandığını aşkar ediblər.

Rəsmi qurumlar ölənlərin adlarını açıqlamayıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.

Seçilən
89
16
avtosfer.az

10Mənbələr