AZ

“Kərkük” ilahi qrupu Azərbaycan İlahiyyat İnstitutunda olub - FOTOLAR

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birlikdə təşkil etdikləri “İraq türkmanları və türk dünyası: tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfransın iştirakçısı olan “Kərkük” ilahi qrupu Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub. Aİİ-dən SİA-ya verilən məlumata görə, Aİİ rektoru, dosent Aqil Şirinov qonaqları salamlayaraq,ulu öndər Heydər Əliyevin “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır” sözlərini xatırladıb. Rektor bildirib ki, dilimiz, dinimiz, adət-ənənələrimiz, ədəbiyyatımız, mədəniyyətimizin eyni olduğu türkman soydaşlarımızla bağlarımızın daha da yaxınlaşması qürurvericidir.

“Kərkük” ilahi qrupunun üzvü Əli Köprülü çıxış edərək,ali təhsil müəssisəsində olmaqdan məmnunluğunu ifadə edib. Xalqlarımız arasında mövcud olan möhkəm bağları diqqətə çatdıran qonaq Azərbaycanı Vətən bildiklərini, hər zaman ölkəmizin birliyi, bütövlüyü üçün dualar etdiklərini vurğulayıb. O, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycana daim mənəvi dəstək olduqlarını da nəzərə çatdırıb.

Daha sonra “Kərkük” ilahi qrupunun ifaları dinlənilib.

Seçilən
769
50
sia.az

10Mənbələr