AZ

Erbildən gələn heyət "Yeni Müsavat" qəzetini ziyarət etdi - FOTOLAR

Musavat.com xəbər verir ki, Azərbaycanda səfərdə olan Erbil heyəti "Yeni Müsavat" Media Qrupunu ziyarət edib.

Heyətin başında olan İrak-Kürdistan Hükümeti Bakanlar Kurulu Başkanlığının naziri Aydın Maruf bəy (milliyyətcə türkməndir) İraq hökumətinə bağlı qurumlarının Azərbaycana ilgisini, münasibətini anlatdı, Azərbaycandan dəstək gözlədiklərini bildirdi, eyni zamanda Türkiyə mərkəzli siyasət yürütdüklərini, türkmənlərin bölgədə olan digər etnik qruplarla qaynaşma içərisində və tolerant bir mühitdə fəaliyyətdə və yaşamda olduğunu qeyd etdi.

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu gələn nümayəndə heyətini salamladı və İraq türkmənlərinin Azərbaycan üçün çox önəmli bir topluluq olduğunu, Azərbaycan kökənli olduğunu qeyd etməklə yanaşı, bildirdi ki, türkmənlərin İraqda yerləşən quruluşlarda, hökumət və bir sıra qurumlarda təmsil olunması bizlər üçün çox önəmlidir:

"O cümlədən, Aydın Maruf bəy kimi çox tanınmış və Türkiyə yönümlü, türkçü dünyagörüşlü bir ziyalının İraq Kürdüstan hökumətində nazir olması və önəmli bir sima olması bizlər üçün ciddi bir mesajdır, önəmli məsələdir. Bizim qapılarımız hər zaman qardaşlarımız üçün açıqdır. Bizim Media Qrupumuzun da hər zaman İraq türkmənlərinə informasiya, ideoloji və siyasi dəstəyi olub, bundan sonra da olacaq".

Musavat.com

Seçilən
732
50
musavat.com

10Mənbələr