AZ

“Fransa Ermənistanın dirçəlişinə kömək etməyə çalışır” - EKSPERT ŞƏRH ETDİ

“Biz Fransanın riyakarlığını son 30 ildə təəssüf ki, hər zaman görmüşük. Azərbaycanın müstəqilliyinin elan olunmasından sonra bizim bölgəmizə, məhz Azərbaycana ilkin sıralarda ayaq açan və Azərbaycanın imkanlarından bəhrələnən ölkələrdən biri elə Fransa oldu. Həmin dövrlərdən də Azərbaycanın başında erməni təcavüzü və işğalı kimi ağır bir problem baş qaldırdı. Fransanın riyakarlığı onda idi ki, bir tərəfdən Azərbaycanın təbii sərvətlərinə investisiya qoyuluşu və bəhrə götürülməsi istiqamətində fəal şəkildə iştirak edirdi, digər tərəfdən isə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi ədalətin həllinə yox, məhz erməni işğalının ömrünün uzadılmasına çalışırdı. Bu Fransanın həmin dövr üçün xarakterik ikiüzlü siyasətinin mahiyyəti və bariz nümunəsi idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Fransa Azərbaycanın neft-qaz sektorunda tərəfdaş ölkə kimi iştirak edir, həm də Azərbaycanın göstərdiyi etimada tamamilə zidd olaraq, Qarabağ münaqişəsinin ömrünün faktiki olaraq uzadılması və erməni işğallarının legitimləşdirilməsinə çalışırdı: “Vətən müharibəsindən sonra Fransanın bu vaxta qədər mövcud olan örtülü və pərdəarxası riyakarlığı açıq şəkildə üzə çıxmağa başladı. Vətən müharibəsi günlərindən başlayaraq, Fransa Azərbaycan əleyhinə açıq şəkildə mübarizə aparmağa başladı. Azərbaycanın başladığı uğurlu və ədalətli müharibənin dayandırılması üçün beynəlxalq məhkəmələrə müraciət etdi, qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanımağa cəhd göstərdi. Eyni zamanda Azərbaycana olmazın böhtanlarını atdı və ermənilərin ərazilərimizdən deportasiya edilməsi ilə bağlı yalanlar uydurmağa çalışdı.

Fransanın ikiüzlü siyasət yürütməkdə müəyyən məqsədləri var. Fransa ilk növbədə bu siyasəti ilə bölgədə güclənmək, iqtisadi potensiallardan istifadə etməyə çalışır. Eyni zamanda bölgədə öz yerini erməni diasporunun dayağı kimi bərkitməyə çalışırdı. Fransa ikiüzlü siyasət yürüdərək Ermənistanın dirçəlişinə kömək etməyə çalışır”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
748
50
sia.az

10Mənbələr