AZ

“Zirə” məğlubiyyətdən son dəqiqədə qurtuldu - YENİLƏNİB

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Zirə" səfərdə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb.   Manset.az xəbər verir ki, "Opus Arena"da baş tutan matç heç-heçə ilə yekunlaşıb. Görüşdə hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Anton Matkoviç açıb. Qarşılaşmanın sonuna əlavə olunan dəqiqələrdə isə Bakı klubu məğlubiyyətdən xilas olub. Rafael Utziq dəqiq zərbə ilə bərabərliyi təmin edib. Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftədən sonra Bakıdakı "Dalğa Arena"da keçiriləcək. 23:06 UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində davam edən "Osiyek" (Xorvatiya) - "Zirə" görüşündə ikinci hissə başlayıb. Manset.az xəbər verir ki, "Opus Arena"dakı matçda meydan sahibləri hesabda öndədirlər - 1:0. 39-cu dəqiqədə Anton Matkoviç fərqlənib. 22:55 UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində davam edən "Osiyek" (Xorvatiya) - "Zirə" görüşündə ilk hissə yekunlaşıb. Manset.az xəbər verir ki, "Opus Arena"dakı matçda meydan sahibləri fasiləyə üstün yollanıblar - 1:0. 39-cu dəqiqədə Anton Matkoviç fərqlənib. *** UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Osiyek" (Xorvatiya) - "Zirə" görüşündə hesab açılıb. "Opus Arena"dakı matçda meydan sahibləri hesabda önə keçib - 1:0. 39-cu dəqiqədə Anton Matkoviç fərqlənib. 20:32 Azərbaycanı Konfrans Liqasında təmsil edən “Zirə” 3-cü təsnifat mərhələsində ilk matçına çıxır. Manset.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Xorvatiyada yerli “Osiyek”lə qarşılaşacaq.  Matç Bakı vaxtı ilə 22:00-da start götürəcək. Bu raundun cavab oyunları avqustun 15-də gerçəkləşəcək. Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
8 avqust

22:00. “Osiyek” (Xorvatiya) – “Zirə”
Baş hakim: Aristotelis Diamantopulos
Baş hakimin köməkçiləri: Konstantinos Psarris, Konstantinos Triantafillou
Dördüncü hakim: Konstantinos Perrakis
VAR hakimləri: Stefanos Koymparakis, Spiridon Zampalas
(Hakimlər briqadası Yunanıstandandır)
Osiyek. “Opus Arena”.

Seçilən
33
13
manset.az

10Mənbələr