AZ

FutbolUEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub - YENİLƏNİB - 4

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Zirə" səfərdə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb.

"Report" xəbər verir ki, "Opus Arena"da baş tutan matç heç-heçə ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Anton Matkoviç açıb. Qarşılaşmanın sonuna əlavə olunan dəqiqələrdə isə Bakı klubu məğlubiyyətdən xilas olub. Rafael Utziq dəqiq zərbə ilə bərabərliyi təmin edib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftədən sonra Bakıdakı "Dalğa Arena"da keçiriləcək.

23:05

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində davam edən "Osiyek" (Xorvatiya) - "Zirə" görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, "Opus Arena"dakı matçda meydan sahibləri hesabda öndədirlər - 1:0.

39-cu dəqiqədə Anton Matkoviç fərqlənib.

22:46

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində davam edən "Osiyek" (Xorvatiya) - "Zirə" görüşündə ilk hissə yekunlaşıb.

"Report" xəbər verir ki, "Opus Arena"dakı matçda meydan sahibləri fasiləyə üstün yollanıblar - 1:0.

39-cu dəqiqədə Anton Matkoviç fərqlənib.

22:42

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Osiyek" (Xorvatiya) - "Zirə" görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, "Opus Arena"dakı matçda meydan sahibləri hesabda önə keçib - 1:0.

39-cu dəqiqədə Anton Matkoviç fərqlənib.

22:00

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Osiyek" (Xorvatiya) - "Zirə" görüşü start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma "Opus Arena"da keçirilir.

Oyunu yunanıstanlı baş hakim Aristotelis Diamantopoulos idarə edir.

Seçilən
37
12
far.az

10Mənbələr