AZ

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub

Avropanın nüfuzuna görə üçüncü klub turnirinin III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Zirə" səfərdə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb.

"Opus Arena"da baş tutan matç heç-heçə ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Anton Matkoviç açıb. Qarşılaşmanın sonuna əlavə olunan dəqiqələrdə isə Bakı klubu məğlubiyyətdən xilas olub. Rafael Utziq dəqiq zərbə ilə bərabərliyi təmin edib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftədən sonra Bakıdakı "Dalğa Arena"da keçiriləcək.

Seçilən
49
12
cbcsport.az

10Mənbələr