AZ

Qiymətli metalların satışından əldə olunan gəlir 1 milyard 292 milyon manatı ötüb

Bu günədək qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunan gəlirin məbləği 1 milyard 292 milyon manatı ötüb. Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Real” TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, vəsaitin 1 milyard 231 milyon manatını ABŞ dolları ekvivalentində ixrac gəlirləri, 61 milyon manatı isə daxili satışlardan əldə edilmiş gəlirlər təşkil edib.

Z.İbrahimov əlavə edib ki, bu ilin yanvar-iyul aylarında Daşkəsən rayonunda yerləşən bir hasilat sahəsində 34,7 min unsiya qızıl və 57,7 min unsiya gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızılın hasilatında 49 faiz artım olub.

Cari ilin ilk 7 ayında 25,8 min unsiya qızıl və 46 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı təşkil edilib. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz daha çox olmaqla 103,8 milyon manat gəlir əldə edilib: “2024-cü il üzrə hasilat hədəfimiz ötən illə müqayisədə 10 faiz, satış hədəfimiz 3 faiz artırılaraq 70 min unsiyaya çatdırılıb”.

Seçilən
124
20
vergiler.az

10Mənbələr