Çinin neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər yanvar-iyul aylarında neft hasilatını illik müqayisədə 2,1% (124,96 milyon tona), təbii qaz hasilatını isə 6,2% (143,6 milyard kubmetrə qədər) artırıblar. Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.
Yayılan hesabata görə, iyulda ölkə üzrə orta gündəlik neft hasilatı 577 min ton, qaz isə 650 milyon kubmetrə çatıb. m.Yeddi ay ərzində Çin neft emalı həcmini 1,2% azaldaraq 419,15 milyon tona çatdırıb.
Açıqlanan statistikaya əsasən, yanvar-iyul aylarında ölkəyə 317,81 milyon ton neft (azalma 2,4%) və 75,44 milyon ton təbii qaz (artım 12,9%) idxal edilib.
Çin gömrük hesablamalarına görə, Çin 2023-cü ildə neft idxalını 11% (563,99 milyon tona qədər), qazı 9,9% (119,97 milyon tona qədər) artırıb.
Oxuməni.az