AZ

ABŞ-də mini-OPEC formalaşıb

ABŞ-nin neft kəşfiyyatı və hasilatı sektorunda son illərdə böyük birləşmə və satınalmalar baş verib. Bu hadisələr nəticəsində ölkənin neft emalı bazarında mini-OPEC-i xatırladan potensial kartel formalaşıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Xüsusilə, ABŞ-nin ən böyük neft emalı zavodunun sahibi olan “Marathon Petroleum” bu rübdə on üç zavodunun iş yükünü 90%-ə endirməyi planlaşdırır. Bu, 2020-ci ildən bəri ən aşağı göstərici olacaq.

Bununla yanaşı, “PBF Energy” neft emalının həcmini müvafiq olaraq üç illik minimuma, “Phillips 66” isə iki illik minimuma endirmək planlarını açıqlayıb. “Valero Energy” də neft emalı həcmini azaltmaq niyyətində olduğunu etiraf edib.

Bu dörd şirkətin ABŞ-nin emal bazarında ümumi payı 40%-dir.

Neft bazarında qlobal tələb və təklif balansını müəyyən edən əsas amil olan ABŞ neft emalı kompleksi, avtomobil yanacağının istehlakının azalması və emal marjasının aşağı olması fonunda ləngiyir. Bu, OPEC+ təşkilatının bütün səylərinə və artan geosiyasi gərginliyə baxmayaraq, neft təklifinin artıqlaması ehtimalını artırır.

Bütün bunlar OPEC+ ölkələrinin dördüncü rübdə neft hasilatını tədricən artırmağa başlamaq planları və ilin sonuna qədər ABŞ-də hasilatın rekord həddə – 13.8 milyon barelə yüksəlməsi perspektivləri fonunda baş verir. Tələb və təklif arasındakı bu cür balanssızlıqlar qlobal neft qiymətlərinin düşməsinə gətirib çıxara bilər.

Seçilən
167
12
banker.az

10Mənbələr