İngiltərə Premyer Liqasının bəzi komandaları "Qalatasaray"dan ayrılmaq qərarına gələn Vilfrid Zahaya "elçi düşüb".  

Offsideplus.az xəbər verir ki, hücumçu ilə ən ciddi maraqlanan "Lester" futbolçunun transferi üçün İstanbul təmsilçisinə şərt qoyub.

İngilislər türklərin Zahanın maaşının bir hissəsini ödəməsini istəyir. Belə olan təqdirdə, transfer baş tuta bilər.

31 yaşlı futbolçunun İstanbul təmsilçisi ilə daha 2 illik müqaviləsi var.

Ötən mövsüm 42 matçda meydana çıxan Zaha 10 qol vurub, 5 məhsuldar ötürmə edib.