AZ

"Arsenal" millinin qapıçısı ilə yollarını ayırdı

İngiltərənin "Sauthempton" klubu Premyer Liqanın digər təmsilçisi "Arsenal"ın qapıçısı Aaron Ramsdeyli transfer edib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb. Bildirilir ki, 26 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Tərəflər sonradan bu müddəti daha bir mövsüm uzatmaq imkanına malikdir. Qeyd edək ki, 2021-ci ildən "Arsenal"ın formasını geyinən Ramsdeyl 78 oyuna çıxıb. Həmçinin 2021-ci ildən bəri İngiltərə millisinin heyətində 5 oyunda iştirak edib.    

Seçilən
50
3
matc.az

6Mənbələr