AZ

Sabiq rəisin ölümünə səbəb olan bank işçisi qərardan şikayətçidir

2022-ci ilin oktyabrın 10-u Sumqayıt şəhəri Bulvar küçəsində ağır qəza törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Timur Məmmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə keçiriləcək prosesdə sentyabrın 11-nə təyin edilib.

 

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. 
 

Qeyd: Timur Məmmədov idarə etdiyi “Chevrolet Camaro” markalı 10 DL 066 dövlət qeydiyyat nişanlı avtomobillə pensiyada olan polis polkovniki Çingiz Alxanlını vuraraq öldürüb. O, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilir. Məlumata görə, banklardan birinin əməkdaşı olan Timur hadisə vaxtı avtomobili təyin edilmiş sürət həddindən yüksək sürətlə idarə edirmiş. O, hadisə vaxtı öndə gedən digər avtomobilin piyadanı görməsini çətinləşdirdiyini və hadisənin ani baş verdiyini deyib. Mərhum Ç.Alxanlının ailəsi ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olan sürücüyə ağır cəza verilməsini tələb edib.

 

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Məmmədova 2 il sürücülük hüququ məhdudlaşdırılmaqla 5 il 1 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Timur Məmmədovun şikayətini təmin etməyib.
 

Xatırlatma: Ehtiyatda olan polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub. O, “FİKA MONTİNO” brendinin yaradıcısı Fikrət Allahverdiyevin qudası olub.

 

Kamal Məmmədov

 

Tarix: 9 Sentyabr 2024, 08:26   
Seçilən
180
14
pravda.az

10Mənbələr