"Lənkəran" heyətini yeni basketbolçu ilə gücləndirib.
İdman.biz xəbər verir ki, klub 20 yaşlı basketbolçu Varid Ağasızadəni heyətinə qatıb.
Onunla 1 illik müqavilə imzalanıb. Oyunçunun son klubu "Sərhədçi" olub.
176 sm boya malik Varid oyun qurucusudur. Ağasızadə həm də Azərbaycanın U-20 millisinin üzvüdür.
Qeyd edək ki, “Lənkəran” bundan əvvəl Azərbaycanın U-18 və U-20 millilərinin basketbolçusu Rəşid Abbasov və amerikalı Qreqory Miltonu heyətinə qatıb.
İdman.biz