AZ

Bakı və Şamaxıda dörd duel: liderlik və ilk qələbələr uğrunda dava var! - YENİLƏNİR

Bu gün və sabah keçiriləcək oyunlarla Misli premyer-liqasında 8-ci tura yekun vurulacaq.

“CBC Sport” matçları canlı yayınlayacaq.

Misli premyer-liqası
1-ci dövrə, 8-ci tur
28 sentyabr
Zirə – Kəpəz

“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 10:+6=4-0, 16:9.
2015/16 - 2:2, 2:2; 2016/17 - 2:0, 1:0; 2017/18 - 3:0, 2:1; 2022/23 - 2:2, 1:1. 2023/24 – 1:0, 2:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: RAUF CABBAROV, Eyyub İbrahimov, Şirməmməd Məmmədov, Əli Əliyev.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə, İdman Kompleksinin stadionu. Saat 17.00.

“Zirə” “Sumqayıt”ı məğlub etməklə iddialılar sırasındakı yerini möhkəmlətdi. Rəşad Sadıqov komandasını çətin mövsümün gözlədiyini deyir. Təbii ki, belədi, lakin çoxu “qartallar”ın bu dəfə də rəqiblərə başağrısı olacağını düşünür. Belədə “Kəpəz”lə matç xal ehtiyatını artırmaq üçün yaxşı fürsətdi. Komanda oyuna tam məsuliyyətlə yanaşsa, gəncəliləri məğlub etməyə qadirdi. Digər tərəfdən, Azər Bağırovun komandasının qələbə əzmini gözardı etməməliyik. Sonuncu pillədə qərarlaşan gəncəlilərin qalib gəlməkdən başqa yolu yoxdu. Məhz bu amil bizə gərgin mübarizə vəd edir. Baxmayaraq ki, “sarı-göylər” son 12 matçda qəsəbə təmsilçisinin meydanından qalib ayrılmayıb.

Bu komandalar indiyə qədər 20 dəfə qarşılaşıb. Bunların 9-da “Zirə”, 3-də “Kəpəz” 3, 8-də isə hərəsi bir xala yiyələnib. Topların nisbətində “qartallar” öndədi – 26:17.

Neftçi – Sumqayıt
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 24:+11=7-6, 41:27.
2011/12 4:0, 8:1; 2013/14 – 0:0, 1:3; 2014/15 – 3:2, 2:2; 2015/16 – 2:1, 1:0; 2016/17 – 1:2, 1:0; 2017/18 – 2:1, 2:2; 2018/19 – 0:0, 2:3; 2019/20 – 2:1, 1:1; 2020/21 – 0:2, 0:2; 2021/22 – 0:0, 2:1; 2022/23 – 3:0, 2:0; 2023/24 – 1:2, 1:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı, "Neftçi Arena". Saat 19.30.

Nəhayət, “Neftçi” yenilənən stadionunda meydana çıxacaq. Əlbəttə, komanda açılış oyununu mövsümdə ilk qələbəsiylə taclandırmaq istəyəcək. Axı azarkeşlər “Neftçi”nin 9-cu pillədə olmasından qətiyyən məmnun deyil. Bakılılar “Sumqayıt”ı məğlub etməsə, durum daha da çətinləşə bilər. Matça marağı artıran başqa məqam “kimyaçılar”ın da uğursuzluq zolağında olmasıdı. Düzdü, Samir Abasovun komandası turnir cədvəlində irəlidədi. Lakin “Neftçi” qalib gəlsə, ciddi irəliləyiş əldə edəcək. “Kimyaçılar”ın baş məşqçisi heyətlə bağlı radikal addımların atılacağını deyib. Görək “ağ-qaralar” bu fürsəti necə dəyərləndirəcək?

Komandalar indiyə qədər 47 oyunda üz-üzə gəlib. Bunların 23-də bakılılar, 14-də isə sumqayıtlılar qələbə qazanıb. 10 matçda hərəyə bir xal düşüb. Topların nisbətində “Neftçi” öndədi – 73:51.

29 sentyabr
Şamaxı - Turan Tovuz

"Şamaxı"nın bu rəqiblə ev oyunlarının balansı: 2:+0=0-2, 0:2.
2022/23 - 0:1, 0:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: TURAL QURBANOV, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı, şəhər stadionu. Saat 16.00.

“Şamaxı” mövsümün sürprizi olmaq yolunda inamla irəliləyir. “Şirlər” son 4 oyunda məğlub olmayıb və seriyanı davam etdirməkdə israrlıdı. Əlbəttə, bunun üçün iddialı “Turan Tovuz”u məğlub etmək lazımdı. O başqa məsələ ki, ardıcıl iki matçda xal itirən “bozqurd” vəziyyətdən çıxış yolunu qələbə qazanmaqda görür. Əks halda, Kurban Berdıyevin komandası ilk “dördlük”dən uzaqlaşa bilər. Durumu nəzərə alsaq, Şamaxıda gərgin matç izləyəcəyik.

Ayxan Abbasovun “Turan Tovuz”un sabiq baş məşqçisi olmasını da gözardı etməməliyik. O, bu mövzudakı açıqlamalarında hansısa prinsiplərin ön planda olmadığını desə də, reallıq fərqli ola bilər. Həmçinin “Şamaxı” bu rəqibdən hələ evdə nə xal alıb, nə də qapısından top keçirib.

Komandalar indiyə qədər 4 dəfə qarşılaşıb. Bunların 1-də “şirlər”, 2-də “bozqurdlar” qələbə qazanıb. 1-də isə“sülh” qeydə alınıb. Topların nisbətində bərabərlik var – 4:4.

Qarabağ - Sabah
"Qarabağ"ın bu rəqiblə ev oyunlarının balansı: 12:+7=5-0, 26:10.
2018/19 - 1:1, 3:0; 2019/20 - 2:0, 0:0; 2020/21 - 2:0, 2:0; 2021/22 - 5:1, 1:1; 2022/23 - 4:3, 1:1; 2023/24 - 2:0, 3:3.
Cəzalı: İvan Lepinitsa (Sabah).
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı, "Azərsun Arena". Saat 19.00.

Tura Londondan böyükhesablı məğlubiyyətlə qayıdan yorğun “Qarabağ”la meydana liderliyi ələ keçirmək üçün çıxacaq “Sabah”ın dueliylə yekun vurulacaq. Qurban Qurbanovun start heyətində müəyyən rotasiyalar edəcəyini düşünə bilərik. Ona görə ki, mütəxəssisin, adətən, güvəndiyi futbolçuların bu dəfə istirahət etməsinə şərait yaradacağı gözlənilir. “Bayquşlar” məhz bu məqamdan yararlanıb tarixində ilk dəfə “köhlən atlar”ın meydanından qələbəylə ayrıla bilər. Masazır təmsilçisini narahat edən məqam isə müdafiə xəttində ciddi problemlərin olmasıdı. Hər halda, ağdamlılar belə boşluqları məharətlə dəyərləndirən futbolçulara sahibdi.

Komandalar indiyə qədər 23 dəfə qarşılaşıb. Bunların 14-də “Qarabağ”, 2-də “Sabah” qələbə qazanıb. 7-də “sülh” qeydə alınıb. Topların nisbətində “köhlən atlar” öndədi – 44:19.

1. Araz-Naxçıvan 7 5 1 1 10-8 16
2. Qarabağ 6 5 0 1 16-4 15
3. Sabah 7 4 2 1 16-11 14
4. Turan Tovuz 7 4 2 1 9-4 14
5. Zirə 6 4 0 2 11-5 12
6. Şamaxı 6 3 2 1 6-3 11
7. Sumqayıt 7 2 0 5 5-9 6
8. Səbail 8 1 1 6 12-17 4
9. Neftçi 7 0 4 3 2-10 4
10. Kəpəz 7 0 0 7 2-18 0


KƏNAN BAHADIR

Seçilən
48
1
football-plus.az

7Mənbələr