Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər Tel-Əviv və Eylat şəhərlərindəki hədəflərə raket və pilotsuz təyyarələrlə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səria açıqlama verib.
O bildirib ki, üsyançıların silahlı qüvvələri iki hərbi əməliyyat həyata keçirib. İlk əməliyyat zamanı iki raket ataraq Tel-Əvivdə İsrailin iki hərbi hədəfini vurublar.