AZ

Qana hakimiyyəti vətəndaşları cinsi əlaqədən və öpüşməkdən çəkinməyə çağırdı - SƏBƏB

Qana Səhiyyə Xidməti (GHS) meymunçiçəyi xəstəliyinin yayılması səbəbindən ictimaiyyəti öpüşməkdən və cinsi əlaqədən çəkinməyə çağırıb. 

HİT.az "Modern Ghana"ya istinadən xəbər verir ki, GHS buna səbəb kimi xəstəliyin yaxın bədən təması ilə ötürülə biləcəyini göstərib.

Xidmət bu tövsiyəni Qananın şimal-qərb bölgəsində daha bir meymunçiçəyi hadisəsi bildirildikdən sonra verib. Ümumilikdə, artıq ölkədə 88 rayonda 230 yoluxma halı müəyyən edilib. GHS buna görə də insanları "sayıq olmağa və qabaqlayıcı tədbirlər görməyə" çağırıb.

"Meymunçiçəyi xəstəliyindən şübhələnən insanlarla öpüşmə və cinsi əlaqədən qaçınmaq tövsiyə olunur", deyə təşkilatın direktoru Franklin Asiedu-Bekoe bildirib.

O, həmçinin yoluxmuşların dostlarına və qohumlarına paltarları ilə təmasdan qaçmağı tövsiyə edib.

Avqust ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyini ictimai səhiyyə üçün fövqəladə vəziyyət elan edib. Afrika ölkələrində ilin əvvəlindən virusdan 800-dən çox ölüm halı aşkar edilib. Qərb ölkələrində, o cümlədən ABŞ, Fransa, Böyük Britaniya, İsveç və Mərakeşdə də yoluxma halları qeydə alınıb. 

Samir

Seçilən
79
37
hit.az

10Mənbələr