AZ

Kürdəmirdə “Mercedes” su kanalına AŞDI: Xəsarət alanlar var – FOTO/VİDEO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Mercedes” markalı minik maşınının sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına aşıb. Qəza zamanı avtomobildə olan sərnişinlər - Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Əsgərova Nəzakət Ziyafət qızı və 1998-ci il təvəllüdlü, Ağcabədi rayon sakini Aslanova Bilqeyis Rüstəm qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimər onların vəziyyətini orta ağır qiymətləndirirlər. Hazırda faktla bağlı araşdırma aparılır. 







Bizim.Media, Aran bürosu

Seçilən
14
14
bizim.media

10Mənbələr