AZ

Zeytun yağı + limon şirəsi – toksinlərin çarəsi

Tərkibindəki zəngin E vitamini ilə diqqət çəkən zeytun yağı nizamlı olaraq istehlak edildikdə öd yollarının açılmasına və qaraciyərin stimullaşdırılmasına kömək edir. Yağ bu şəkildə qəbul edildikdə qaraciyərin təmizlənməsində böyük rol oynayır.

Limon turşusu qaraciyər fermentlərini aktivləşdirir və onun zədələnməsini minimuma endirməyə kömək edir. Hər səhər acqarına bir xörək qaşığı zeytun yağına iki damcı limon sıxaraq istehlak edildikdə, bədəndən toksinləri çıxarmaq asanlaşır. Həzm sistemi yaxşılaşır. Bu qarışıq öd daşı əmələ gəlməsinin qarşısını almaq üçün də faydalıdır.

Fitoterapevtlər tövsiyə edirlər ki, 5 qaşıq zeytun yağına 10–15 damcı limon suyu əlavə edib hər səhər 1 qaşıq içmək toksinləri çıxarmaq üçün çox faydalıdır. Amma unutmaq olmaz ki, limonun yüksək turşu tərkibi mədə problemlərinə səbəb ola bilər. Ona görə də ailə həkimi ilə məsləhətləşməkdə fayda var.

Z.HÜSEYNLİ
XQ

phrase_var_article.chosen
164
16
xalqqazeti.az

10phrase_var_article.sources