AZ

"İki nüvə gücü arasında yeni dövlət yaradıla bilər?!- Politoloqdan şərh

"Hindistan dünyanın dil, din, etnik mənsubiyyət baxımından ən rəngarəng ölkələrindən biridir."

Politoloq Turan Rzayev bunu News365.az-a açıqlamasında deyib.

Bilinənin əksinə bu ölkədə yalnız hindli adlanan xalq yaşamır. Hindistan konstitusiyasına görə, ölkənin 22 rəsmi dövlət dili var. Buna rəğmən, ölkədə 400-dən çox dil və ləhcə danışılır. Bu da özlüyündə ölkədəki etnik çoxluğu, multikulturallığı sübut edir. 

Təəssüf ki, Hindistanla bağlı ölkəmizdə bilinməyən çox detal var. Bunlardan biri, ən önəmlisi isə bu ölkənin “qırmızı xətti” olan Xalistan Hərəkatıdır. Hindistanın Azərbaycan kimi mültikultural ölkə olmasına baxmayaraq hakimiyyətdəki radikal millətçi “Bharatiya Canata” (BJP) partiyası və Baş nazir Narendra Modinin sərgilədiyi siyasət ölkədəki fərqli dini inanclı şəxsləri və etnik azlıqları ciddi narahat edir. Daha çox islamofob mövqeyi ilə seçilən Modi son illərdə dünyanın 5-ci ən böyük dini olan siqhizmə inananlara qarşı repressiyalara başlayıb. Vəziyyət o həddə çatıb ki, Modi hökuməti ölkə xaricində də siqhləri təqib edir, sui-qəsdə məruz qoyur. Sonuncu belə hadisə 2023-cü ildə Kanadada baş verdi. 

Xalistan Hərəkatı Hindistanda siqhlər üçün müstəqil dövlət yaratmağa çağırır. Bu, separatçı hərəkat kimi görünsə də, əslində beynəlxalq hüquqa tam uyğun, xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə uzlaşan hərəkatdır. Özü də bu hərəkat nəsillərdir davam edir.

Böyük Britaniya Hindistanı tərk edərkən regionda müsəlmanların Pakistan, hindusların Hindistan dövləti yaratmasına icazə verdiyi halda siqhlərə bu imkan tanınmayıb. Siqhlər də məhz buna görə illərdir müstəqillik üçün mübarizə aparır. Hərəkat 1980-ci illərdə Hindistanın Pəncab əyalətində pik həddə çatıb. Lakin Hindistan silahlı qüvvələri həmin vaxt xüsusi əməliyyat keçirərək hərəkata ciddi zərbə vurub. Yüzlərlə şəxs məhz bu səbəbdən Kanada, ABŞ, Böyük Britaniya, Avstraliya kimi ölkələrə köç edib. Əslində Xalistan Hərəkatı da hazırda daha çox ölkə xaricində aparılır. 

Sinqh diasporunda olan şəxslər son illərdə müstəqillik çağırışlarını artırıb və referendumla bağlı müraciətlər edir. Modi hökuməti isə siqhlərin bu tələbinə repressiya və sui-qəsdlərlə cavab verir. Siqh lider Hardeep Singh Nijjar 18 iyun 2023-cü ildə Kanadada naməlum şəxslər tərəfindən öldürüldü. Kanada hadisədən dərhal sonra Hindistan hökumətini günahlandıraraq 6 diplomatı deportasiya etdi. Hindistan Xarici İşlər Nazirliyi buna cavab olaraq 6 kanadalı diplomatı ölkədən qovdu. İki ölkə arasında bu istiqamətdə gərginlik hələ də davam edir.  

Bu məsələ Azərbaycanın da diqqətində olmalıdır. Məsələ ondadır ki, rəsmi Dehli Ermənistanı regionda silahlandıran, müharibəyə təhrik edən dövlətlərdəndir. Bakı Dehlinin bu fəaliyyətlərinə cavab olaraq Siqh diasporu ilə təmaslar qurmalıdır. Hətta Bakı Təşəbbüs Qrupu daxilində siqhlərlə bağlı xüsusi bölmə yaradıla bilər.

Seçilən
47
46
news365.az

10Mənbələr