AZ

“Real”ın boykot qərarının təşəbbüskarı kim olub?

style='margin-bottom:10px;'>

"France Football"ın verdiyi “Qızıl top”un və bir sıra digər mükafatların təqdimetmə mərasimində “Real”ın heç bir təmsilçisi iştirak etməyib.

QOL.az xəbər verir ki, mərasimə qatılmamağın təşəbbüskarı Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti olub. Bu barədə COPE məlumat yayıb.

Mütəxəssis "Qızıl top"un Vinisius Juniora verilməyəcəyini öyrəndikdən sonra belə qərar verib. Bildirilir ki, bu vəziyyətdə Ançelottinin prioriteti futbolçunun və komandanın rahatlığıdır.

Xatırlayaq ki, "Real" ötən ilin ən yaxşı kişi komandası, Ançelotti ən yaxşı məşqçi seçilib. "Kral klubu"nun oyunçusu Kilian Mbappe isə "Herd Müller" mükafatını Harri Keynlə bölüşüb.

“Qızıl top”u sonda “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanıb.

Seçilən
106
34
teleqraf.com

10Mənbələr