AZ

"50-dən çox təcili tibbi yardım briqadası yaradılıb” - Elçin Əmirov

“COP29 zamanı daha çox sərnişin axını olan “28 May”, “Elmlər” və “Koroğlu” stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək. Buna səbəb səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir”. SİA xəbər verir ki, bu sözləri COP29-la bağlı brifinq zamanı Bakı Baş Səhiyyə Mərkəzi pupliki şəxsin direktoru Elçin Əmirov deyib.

E.Əmirov bildirib ki, COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb: Tibb məntəqələri lazımi bütün avadanlıqlarla təmin olunub”.

Qeyd edək ki, təcili tibbi yardım maşınlarının COP29 zolaqları ilə hərəkəti nəzərdə tutulub.

Müəllif: Səbinə Hüseynli
Seçilən
38
3
sia.az

10Mənbələr