AZ

“Avropa Ukraynaya dəstək üçün ABŞ ilə əməkdaşlığa hazırdır” - Şarl Mişel

“Avropa İttifaqı (Aİ) ABŞ-nin yeni administrasiyası ilə, xüsusən də Ukraynaya davamlı dəstək məsələlərində fəal əməkdaşlığa hazırdır, çünki onun olmaması bütün dünyada diktatorlara pis siqnal ola bilər”.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Budapeştdə Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü başlamazdan əvvəl jurnalistlərə müsahibəsi zamanı deyib.

“Biz hamımız təhlükəsizlik və müdafiə məsələlərində birgə işləmək niyyətindəyik. Mən ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa onunla işləməyə hazır olduğumuz barədə mesaj verdim. Buraya Ukrayna da daxildir. Biz Ukraynanı gücləndirməliyik və onu dəstəkləməliyik. Əgər bunu etməsək, bu, Rusiya prezidenti Vladimir Putinə, eləcə də dünyanın digər avtoritar rejimlərinə pis siqnal verəcək”, - deyə siyasətçi vurğulayıb.

Mişel qeyd edib ki, ABŞ-də baş verən proseslərdən asılı olmayaraq, Aİ öz gündəliyini həyata keçirməyə davam edəcək.

“Mənim bu barədə çox güclü inamım var. Bir neçə ay əvvəl biz Avropanın daha güclü, dayanıqlı olması, xalqımızı, işimizi, ailəmizi daha yaxşı qorumaq üçün hərəkətləri müəyyən edən strateji planı, Aİ-nin gələcəyi üçün gündəliyi qəbul edərkən mühüm razılığa gəldik. Bu bizim planımız və strategiyamızdır. Birləşmiş Ştatlar olsun və ya olmasın, bu, həmişəkindən daha çox prioritetimiz olaraq qalacaq. Biz Avropa Şurası olaraq bu barədə düşünməli və nəticə əldə etməliyik. Nə edilməli olduğunu bilirik”, - deyə siyasətçi bildirib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
71
16
missiya.az

10Mənbələr