AZ

Zəfər xronikası. 9 noyabr 2020-ci il: Prezident İlham Əliyev “BBC News”a müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il noyabrın 9-da Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin “BBC News”a müsahibəsi dərc edilib.

Trendmüsahibəni təqdim edir:

- Prezident Əliyev, BBC News-da bizimlə söhbət etməküçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağınvə ətraf yeddi rayonun hər bir qarışı uğrunda savaşmaqniyyətindəsiniz?

- Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq vəhələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasınadair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağahazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanınbaş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyətqarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin buvaxtadək artıq 40 gün keçib, onun bunu deməsinə dair heç bir əlamətyoxdur.

- Bu, o deməkdir ki, Siz sona qədərdöyüşəcəksiniz?

- Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasıilə bağlı üzərinə öhdəlik götürməsə biz sona qədər vuruşacağıq.Hesab edirəm ki, Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldənbizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardıvə biz artıq danışıqlar masası arxasında olardıq.

- Lakin cənab Prezident, Siz bir ultimatum verirsiniz,Siz deyirsiniz ki, onlar bütün bu əraziləri qaytarmağarazılaşmalıdır və yalnız sonra danışıqlar ola bilər. Bu danışıqlarüçün böyük bir ilkin şərtdir.

- Xeyr, heç də belə deyil. Çünki mənim dediyim əsas prinsiplərəəsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakıərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçünçox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupununhəmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənibhazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdədeyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonuboşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar.Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunuetsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxtboşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq.

- Bu ərazilər bizim beynəlxalq auditoriya üçün tanışolmadığına görə aydınlaşdırmaq istəyirəm. Siz deyirsiniz ki,Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləriboşaltmağa razılaşsa, Siz dayanarsınız vədöyüşməzsiniz?

- Elədir ki, var. Bu, mənim dəfələrlə vurğuladığım mövqedir.Eyni zamanda, bu, danışıqlar masasında olan bütün məsələlər deyil.Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərinDağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik. Çünki müharibədənəvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlıyaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onlarınhamısını qovdular, etnik təmizləmə törətdilər və sonra“müstəqillik” elan etdilər.

- Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yoluilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlıqorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruzqalacağından çox ciddi qorxduğunu ifadə etmişdir.

- Bu, əsassız ittihamdır. Birincisi, əgər bu məsələ Ermənistanıhəqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlərazılaşmırlar? Çünki əsas prinsiplər təsdiqlənsə və Ermənistanmənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə,onda hər şey dayanacaq.

- Siz onlardan Dağlıq Qarabağı boşaltmalarını tələbetmirsiniz? Siz onlardan yalnız ətraf rayonları tələbedirsiniz?

- Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuşqətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdəErmənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam vəqeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməniəhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizimvətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm.

- Prezident Əliyev, ermənilərin orada Sizinvətəndaşlarınız kimi yaşayacaqlarını deyirsiniz. Siz bu yaxınlardademisiniz və mən burada Sizdən sitat gətirirəm: “onlar çıxmasalar,biz onları iti qovan kimi qovacağıq”. Bu bəyanatla insanlar çətinki, özlərini təhlükəsiz hiss etsinlər.

- Xeyr. Xahiş edirəm, mənim bəyanatlarıma dəqiqliklə yanaşın.Mən bunu dedikdə bizim əraziləri işğal etməyə davam edənlərinəzərdə tuturdum. Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdətuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası “hökumətini”, bucinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən,artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağındırnaqarası “rəhbəri” artıq Yerevandadır. Mən erməni xalqını yox,onları nəzərdə tuturdum.

- Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşıheç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanətverirsiniz?

- Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmətörədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütünazərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasətinəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var.Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Məndəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlarBərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüşmeydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycandayaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyininəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?

- Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Bizəverilən məlumata görə, onların çoxu qorxu içində yaşayır, ermənilərkimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər.Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necəəmin ola bilərlər ki?

- Xeyr, bu, yanlış məlumatdır.

- Bu məlumat burada yaşayan insanlardan daxilolur.

- Ola bilsin ki, kimsə evlənib soyadını dəyişib. Bu, burada adətolunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var vəbiz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizədeyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanınsabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır.İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxudeyil, bu, erməni təbliğatıdır.

- Prezident Əliyev, əgər təbliğat varsa, aydındır ki,hər iki tərəfdə təbliğat var. Dövlət dialoqu çərçivəsində buradaermənilərə qarşı institusional mesajlar səslənir, insanlarda digərtərəfə qarşı nifrət aşılanır. Siz onların, həqiqətən də, birgəyaşaya biləcəklərini gözləyirsiniz?

- Nəyə görə onlar dünyanın digər yerlərində birgə yaşayabilirlər? Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlılarınbir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz?Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar, onlar Azərbaycandabir yerdə yaşayırlar, dünyanın bir çox digər yerlərində. Dünyadakıvəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəstmitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyətsakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin buradayaşaya bilməzlər?

- Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirsəniz,həqiqətən də, bir erməninin Dağlıq Qarabağda qalacağını vəAzərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz?

- Hesab edirəm ki, bu, mümkündür. Bir Prezident kimi, mən bu gündeyirəm və dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq istəyirik. Əgərbiz yanaşı yaşamaq istəməsəydik, nəyə görə mən bunu deməliyəm ki?Bildiyiniz kimi, bu gün Azərbaycan Ordusu döyüşdə qalib gəlir. Bugün biz şəhərləri, kəndləri bir-birinin ardınca azad edirik.Azərbaycanda istənilən şəxs prinsip etibarilə deyə bilər, baxın,onlar Xocalıda soyqırımı törətdilər, onlar azərbaycanlıları doğmatorpaqlarından qovdular, onlar bizim bütün şəhərləri və kəndləriməhv etdilər.

- Ermənilər də, əlbəttə, iddia edirlər ki, onlar daqovulublar, onlar da illərlə qətliamların qurbanlarıolublar.

- Onlar haradan qovulublar? Haradan? Onlar qovulmayıblar. Bizermənilərə qarşı etnik təmizləmə törətməmişik. Xeyr, ermənilərAzərbaycanda yaşayırlar. Onlar bizi nəinki Dağlıq Qarabağdanqovublar, erməni əhalisinin heç vaxt yaşamadığı Dağlıq Qarabağlainzibati sərhəddə yerləşən yeddi rayondan qovublar. Onlarşəhərlərin, kəndlərin adlarını dəyişiblər.

- Prezident Əliyev, dinə gəldikdə, Ermənistanda kilsəyəhücum olub.

- Bu, Ermənistanda olmayıb.

- Üzr istəyirəm, cənab Prezident, Dağlıq Qarabağda hücumolub. Eyni gündə kilsə iki dəfə mərmi atəşinə tutulub. Siz həmingün dediniz ki, ola bilsin, bu, səhvdir. Siz dediniz ki, araşdırmaaparacaqsınız. Araşdırmanın nəticəsi nədir?

- Bu məsələni araşdırmaq üçün biz orada olmalıyıq. Araşdırmaqüçün. Mən dəfələrlə demişəm, bu, ya bizim artilleriyanın səhvidir,ya da bu, ermənilərin özləri tərəfindən qəsdən edilmiş birtəxribatdır.

- Onlar öz kilsəsini atəşə tutublar?

- Bəli, elədir ki, var.

- Onlar, əlbəttə ki, bunu inkar edirlər.

- Bəli, əlbəttə ki, onlar bunu inkar edirlər. Onlar hər şeyiinkar edirlər. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistikraketlə zərbə endirildiyini inkar edirlər. Ermənistanın baş naziribunun yanlış məlumat olduğunu demişdir. Buna baxmayaraq, sizinölkəniz, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, onlarballistik raketin haradan buraxıldığını asanlıqla aşkar edəbilərlər.

- Kilsəyə gəldikdə...

- Kilsəyə gəldikdə. Mən bunun ya səhv olduğunu, ya da onlarınbunu qəsdən etdiklərini demişəm. Çünki həmin kilsənin mənimgördüyüm təsvirləri bunun çox kiçik bir zərər olduğunu göstərir. Buzədəni maksimum iki həftə ərzində təmir etmək olar. Bu, birincisi.İkincisi, siz burada, Bakıdasınız. Yəqin ki, siz şəhər mərkəzindəbizim bərpa etdiyimiz erməni kilsəsini görmüsünüz. Biz oradaminlərlə erməni kitabı saxlayırıq. Əgər biz ermənilərin dediyi kimikilsələri dağıdırıqsa, nəyə görə buradakı kilsəni dağıtmamışıq?

- Siz birmənalı şəkildə öz qüvvələrinizin kilsəyə hücumetmədiyini deyə bilərsiniz?

- Mən birmənalı şəkildə dəfələrlə demişəm. Bu ya bizimartilleriyanın səhvidir...

- Beləliklə, Siz bunu edə bilərdiniz?

- Kim? Siz kimi nəzərdə tutursunuz?

- Sizin qüvvələriniz bunu edə bilərdi.

- Bu, yalnız səhv nəticəsində ola bilərdi. Çünki hərbi hədəf yoxidi. Kilsə hərbi hədəflər arasında deyil. Bizim Xankəndi şəhərində,- ermənilər onu Stepanakert adlandırırlar, - hərbi hədəflərimiz varidi. Bizim Şuşada hərbi hədəflərimiz var idi və biz bu hərbihədəflərə zərbələr endiririk, çünki onlar bizə hücum ediblər. Yəqinki, bu, səhv olub.

- Eyni gündə iki dəfə səhv edə bilərdiniz? Kilsəyə ikidəfə zərbə endirilib.

- Nəyə görə yox? İşğal olunmuş ərazilərdə Azərbaycanməscidlərinin şəkillərini görmüsünüz? Onlar hamısı dağıdılıb. Onlarbizim məscidlərdə donuz saxlayırlar. Azad edilmiş Zəngilandakıməsciddən bu yaxınlarda çəkilmiş videogörüntüdə onların orada donuzsaxladıqları göstərilir.

- Siz öz ordunuzun hərbi üstünlüyü haqqında danışarkənfikir irəli sürmüsünüz, yüz min insanınız var, Sizin İsraildən,Türkiyədən alınan ən müasir avadanlığınız var, xüsusilə türkdronları. Sizin sərəncamınızda olan bütün bu imkanları nəzərəalaraq, kilsənin atəşə tutulması ilə bağlı iki dəfə səhvə yolverilə bilər?

- Əlbəttə ki, ola bilər. Çünki bu məsələni araşdırmaq üçün bizimorada olmamız lazımdır. Biz orada olanda onu təmir edəcəyik.

- Lakin bu...

- Biz onu bərpa edəcəyik, siz bunu görəcəksiniz. Biz Şuşaya geriqayıdanda onu bərpa edəcəyik.

- Bu, o demək deyil ki, bu silahların bu dərəcədəqeyri-dəqiq olması və belə səhvlərə asanlıqla yol verməsiehtimalına görə Siz onları mülki yerlərdə istifadəetməməlisiniz?

- Biz onlardan mülki yerlərdə istifadə etmirik. Biz onlardanhərbi infrastrukturu məhv etmək üçün istifadə edirik.

- Prezident Əliyev...

- Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbiobyektlərlə doludur. Biz onlardan fərqli olaraq mülki şəxslərəhücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağıdırlar,ballistik raketlərlə Gəncəyə hücum etdilər.

- Prezident Əliyev, icazə verin, bizim BBChəmkarlarımızın nə gördüklərini Sizə deyim. Bu, şayiə deyil. Bu,BBC həmkarlarımız tərəfindən çəkilmişdir, onların gördükləridir.Onlar oktyabrın biri, ikisi və üçü Stepanakertdə və DağlıqQarabağda olublar. Onlar şəhərin, o cümlədən təcili tibbi yardımmərkəzinin xaotik mərmi atəşinə tutulmasını, yaşayış binasınındağıdılmasını, insanlar qaçmağa cəhd göstərəndə onların başlarınınüstündə dronun olmasını, bir az sonra yaxınlıqda əlavə mərmiatəşlərinin açılmasını görüblər. Onlar bunu aydın hərbi hədəflərolmadan şəhərin sistemsiz mərmi atəşinə tutulması kimi xarakterizəetdilər. Bu, şayiə deyil. Bu, BBC-nin şahid olduğu və lentə aldığıhadisədir.

- Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var.Şübhələrim var.

- Lakin Prezident Əliyev, onlar oradaidilər.

- Nə olsun ki, onlar orada idilər? Bu, heç nə demək deyil. Bu,feyk xəbər ola bilər. Bizim hərbi...

- Bu nəyə görə feyk xəbər olsun ki? Nəyə görə orayagedən istənilən jurnalist feyk xəbərləri yayımlamağı qərara alsınki?

- Münaqişəyə qərəzli mövqeyinə görə, beynəlxalq mediadaAzərbaycana qarşı qarayaxma təbliğatına görə.

- Deməli, Sizi heç bir yanlışlıqda günahlandırmaq olmaz?Hər şey feyk xəbərdir?

- Əlbəttə, bu, feyk xəbərdir. Biz Qərb mediasını yaxındanmüşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuzmüsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibədeyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə başvermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərləzərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib?Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücumetmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kimondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyinisoruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnızAzərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız ohadisələrin orada “şahidi” olub. Mən buna inanmıram.

- Onlar bunu lentə alıblar. Əlbəttə ki, hər iki tərəfdəmülki şəxslərin qətlə yetirildiyini qeyd etmək mühüm əhəmiyyət kəsbedir. Hər iki tərəf xaotik atəş açmışdır. Biz özümüz buradaballistik raketin istifadə edildiyi Gəncə hücumunun fəsadlarınınşahidi olmuşuq. Beləliklə, bu tərəfdə də itkilərin olması şübhədoğurmur.

- Təşəkkür edirəm.

- Lakin eynilə, Siz kassetli silahlardan danışdıqda,sübut var ki, Siz də mülki yerlərdə, Stepanakertin küçələrindəkassetli silahlardan istifadə etmisiniz və bu, “Human Rights Watch”təşkilatı tərəfindən geniş şəkildə sənədləşdirilmişdir, şəkillərçəkilmişdir, videolar çəkilmişdir, şahidlər ifadə vermişdir.Onların hadisə yerinə getmək imkanı var idi. Nəyə görə Siz odərəcədə qeyri-dəqiq ola bilən kassetli silahlardan mülki yerlərdəistifadə edirsiniz?

- Biz onlardan istifadə etmirik. Bu, növbəti bir feyk xəbərdir.Ermənistan kassetli bombalardan istifadə edir.

- Deməli, hər şey feyk xəbərdir?

- Əlbəttə ki. Niyə də yox? Biz feyk xəbərlərlə on illərdirüzləşirik.

- Lakin Siz etiraf edirsiniz ki....

- Heç bilirsiniz, Britaniya mətbuatında Azərbaycan haqqında nəqədər feyk xəbər dərc edilmişdi? Minlərlə.

- Lakin, Prezident Əliyev, Siz müharibə apardığınızı,irəli getdiyinizi etiraf edirsiniz. Sonra isə digər tərəfdən bizəbu silahlardan istifadə etmədiyinizi deyirsiniz.

- Xeyr, istifadə etmirik. Çünki biz döyüş meydanında döyüşürük.Biz erməni ordusuna qarşı döyüşürük. Biz mülki şəxslərə qarşıdöyüşmürük. Bunun heç bir mənası yoxdur, çünki bizim vəzifəmiztorpaqları azad etməkdi və biz kəndləri, şəhərləri bir-birininardınca azad edirik. Biz kassetli bombalardan istifadə etmirik,bizim buna ehtiyacımız yoxdur. Bizim kifayət qədər başqaalətlərimiz var...

- Beləliklə “Human Rights Watch” təşkilatı tərəfindənaşkar edilmiş sübutlar da feykdir?

- Əlbəttə ki. Çünki “Human Rights Watch” təşkilatı Azərbaycanaqarşı çox qərəzli mövqeyinə, hətta jurnalistlərin həbsxanalardaöldüyü zaman, hətta əsas müxalifət partiyasının rəhbəri həbsxanadaolduqda belə Ermənistanda heç bir yanlışlıq görmədiyinə görə bunlarbarədə heç bir məlumat vermir. Onlar yalnız bizə qarşı məlumatverirlər. Buna görə də biz “Human Rights Watch” təşkilatı iləəməkdaşlığı beş-altı il bundan əvvəl dayandırdıq. Yalnız indi bumüharibə başlayanda biz onları bura gəlməyə və öz gözləri iləgörməyə dəvət etdik. Biz onların bu halları təsdiqləməsiniistəyirdik, çünki onlar üçün “yox” demək imkanı yox idi. Buna görəbiz onları dəvət etdik. Beləliklə, bu təşkilata Azərbaycanda etimadyoxdur.

- Prezident Əliyev, bu tərəfdə neçə nəfər mülki şəxsöldürülüb? Onların sayı nə qədərdir?

- Paşinyan rejimi tərəfindən 92 mülki şəxs öldürülmüşdür, 405nəfər yaralanmışdır, demək olar ki, 3 min ev ya dağıdılmışdır, yada ciddi zərər görmüşdür. Beləliklə bunlar faktlardır və siz orayagedib onları yoxlaya bilərsiniz.

- Biz cəbhə xəttini özümüz gedib görmək istəyirik vəsonuncu dəfə buraya səfər etdikdə, bizim oraya müstəqil səfər etməküçün qarşımız alınmışdır. Bizə bu dəfə oraya gedə biləcəyimizə dairtəminat verə bilərsinizmi?

- Bəli, hesab edirəm ki, bu, mümkündür. Ancaq sizi qorumaq üçüntəhlükəsizlik tədbirləri görülməlidir. Lakin düşünürəm ki, bu,mümkündür. Bu, ümumi durum və hərbi vəziyyət haqqındaqanunvericiliklə tənzimlənir. Ona görə, bu səfər müvəqqətiqaydalara uyğun olmalıdır.

- Beləliklə, biz cəbhə xəttində sərbəst hərəkət edəbilmərik?

- Cəbhə xətti dedikdə nəyi nəzərdə tutursunuz? Döyüşlərin başverdiyi yerə getməyi?

- Bəli.

- Orada jurnalistlər olublar.

- Lakin onlar sərbəst hərəkət etməyiblər.

- “Sərbəst” dedikdə nəyi nəzərdə tutursunuz?

- Hökumətin müşahidəçiləri olmadan sərbəst hərəkətetmək. Öz istəyinə görə hərəkət etmək. Biz başqa münaqişələrdə bunuedirik. Biz haraya getmək istədiyimizi qərarlaşdırırıq, biz özseçimlərimizi edirik, oraya gedirik və hadisələri lentəalırıq.

- Mən bu barədə əmin deyiləm. Düşünürəm ki, belə bir imkanınolub-olmadığını səlahiyyətli orqanlarla dəqiqləşdirmək lazımdır.Əcnəbi jurnalistləri müşahidə edənlərin yalnız bir məqsədi var -onları qorumaq və onların hara gedə biləcəyi və hara gedəbilməyəcəyi barədə onlara məlumat vermək. Lakin gizlədiləsi bir şeyyoxdur. Siz bizim dağıdılmış kəndləri görə bilərsiniz. Siz Gəncədəolmusunuz. Yəqin ki, siz Bərdəyə də gedə bilərsiniz. Buna görəbizim gizlədiləsi bir şeyimiz yoxdur. Biz öz torpağımızdavuruşuruq. Erməni ordusu bizim torpağımızdadır, onlar təcavüzkardırvə biz təcavüzün qurbanı olmuşuq. Lakin bu gün biz qisasımızıalırıq. Bu gün biz onlara yerini göstəririk və dediyim kimi, onlarqalan əraziləri könüllü olaraq boşaltmasalar, biz onları axıraqədər qovacağıq.

- Bu, erməni vətəndaşlarına çox dəhşətli bir mesaj kimisəslənir.

- Xeyr, niyə? Biz erməni vətəndaşları haqqında artıq danışdıq.Bizim onlarla təmaslarda heç bir yanlışlığımız yoxdur. Məndəfələrlə demişəm və dediklərimin üstündə dururam. Bizərazilərimizi işğal etmiş bu cinayətkar dəstələrdən torpaqları azadetdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşıyaşayacaqlar. Onların daha çox məvacibləri olacaq, çünkiAzərbaycandakı məvaciblər daha yüksəkdir. Onların daha yüksəktəqaüdləri olacaq, çünki Azərbaycanda təqaüdün məbləğiErmənistandan üç dəfə çoxdur. Onlar sosial müdafiə ilə təminolunacaqlar. Biz bu ərazilərə böyük sərmayələr yatıracağıq, onlaryoxsulluqdan xilas olacaqlar...

- Onların Azərbaycanda insanların eşitdiyi, lakin malikolmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azadmediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifətiolacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığışeylərə malik olacaqmı?

- Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyəgörə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malikolmadığını düşünürsünüz?

- Çünki mənə bu barədə müstəqil mənbələrdən məlumatveriblər.

- Hansı müstəqil mənbələrdən?

- Bir çox müstəqil mənbələrdən.

- Deyin mənə, hansılardır?

- Əlbəttə ki, mən onların adlarını çəkəbilmərəm.

- Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdirki, siz bir hekayə uydurursunuz.

- Siz deyirsiniz ki, media dövlət nəzarəti altındadeyil?

- Xeyr. Əsla yox.

- Fəal azad müxalif media var?

- Əlbəttə ki.

- Mən bunu harada görə bilərəm?

- Siz bunu internetdə görə bilərsiniz. Siz bunu hər yerdə görəbilərsiniz.

- Qəzetlərdə yox.

- Niyə? Siz bunu qəzetlərdə görə bilərsiniz. Sizdən soruşabilərəmmi, siz burada kimi müxalifət adlandırırsınız?

- Burada müxalifətin olmasına icazə varmı?

- Bəli, icazə var.

- QHT-lər təqiblərə məruz qalır, jurnalistlər təqiblərəməruz qalır.

- Xeyr, əsla.

- Tənqidçilər həbsxanadadır.

- Xeyr, əsla.

- Bunların heç biri həqiqət deyil?

- Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizimazad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəziməhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi.Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Sizinternetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internetistifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasınıtəsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarlainsanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz?Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycanhaqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimizvar, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdəazad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualıqaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənabAssanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədəazad mətbuatın təzahürüdür?

- Biz burada mənim ölkəmi müzakirə etmək üçündeyilik.

- Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək.

- Yox, Prezident Əliyev.

- Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məniittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o,Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indiharadadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girovsaxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunusiz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğulolduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvihaqqınız yoxdur.

- Münaqişəyə qayıdaraq...

- Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu, sizinxoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etməkgəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, burayagəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızlaməni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Sizprokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik vəobyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nəüçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanadasaxlayırsınız.

- Mən onu həbsxanada saxlamıram, PrezidentƏliyev.

- Bu, sizin xoşunuza gəlmir.

- Bu, xoşa gəlmək məsələsi deyil.

- Siz buna öyrəşməmisiniz.

- Bu, bizim müsahibənin mövzusu deyil.

- Çünki siz ancaq hücum etməyə adət etmisiniz.

- Bu, bizim müsahibənin mövzusu deyil.

- Bu, müsahibənin mövzusu deyil, amma siz bunuqaldırırsınız.

- Siz bu məsələni qaldırdınız.

- Xeyr, siz qaldırdınız.

- Siz Asanj məsələsini qeyd etdiniz.

- Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilərmüxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu, sizinsözlərinizdir, ittihamdır.

- Prezident Əliyev, Siz suala cavab verdiniz. Münaqişəmövzusuna qayıdaraq, Sizin dediyiniz kimi 40 gündür ki, toqquşmadavam edir, Siz münaqişənin nə qədər davam etməsini gözləyirsiniz?Qışda da döyüşlər gedəcək?

- Heç kim bilmir. Yenə də, bizim söhbətimizin əvvəlinəqayıdaraq, əgər Paşinyan bu gün “mən əsas prinsipləri qəbul edirəmvə mən Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını bir həftə və yaiki həftə içində boşaldacağam” desə, biz dərhal dayanarıq.

- Lakin onun Sizə Dağlıq Qarabağda yerdə qalanərazilərin boşaldılması ilə bağlı təminat verməyə ehtiyacı yoxdur.Siz kənarda qalan ərazilərdən danışırdınız. Mən Sizin mövqeyinizibaşa düşmək üçün çox aydın olmalıyam.

- Bəli, bu, əsas prinsiplərdir. Əsas prinsiplərdə bizdə çoxaydın mənzərə yaranır. Yeddi rayonun boşaldılması, sonraazərbaycanlı məcburi köçkünlərin qayıtması, sonra Azərbaycanvətəndaşlarının, köçkünlərin Dağlıq Qarabağa qayıtması.

- Beləliklə, o, Dağlıq Qarabağı da Sizəverməlidir?

- O azərbaycanlıların oraya geri qayıtmasına imkan verməlidir.Geri qayıtmasına. Şuşaya.

- Beləliklə, Sizin Dağlıq Qarabağı nəzarət altındasaxlamağınıza ehtiyac yoxdur?

- Siz “nəzarət altında” deməklə nəyi nəzərdə tutursunuz?

- Sizə Dağlıq Qarabağ üzərində fiziki olaraq nəzarətiələ keçirmək və Dağlıq Qarabağın müdafiə qüvvələrini geri çəkmək,orada olan erməniləri geri çəkmək lazımdır, yoxsa mülkişəxslərinizin geri qayıtmasına icazə verilsəydi, bu, Sizi qaneedərdi?

- Ermənistanın qəbul etmədiyi əsas prinsiplərdə, - onlar faktikiolaraq etibarsızdır, çünki Ermənistan onları qəbul etməyib, - birmüddəa var ki, azərbaycanlılar oraya qayıdacaqlar, sülh,təhlükəsizlik şəraitində, təhlükəsizlik təminatı ilə oradayaşayacaqlar. Biz orada hansı idarəçilik formasının olacağını dəqiqmüəyyənləşdirmək üçün danışıqlar prosesində o qədər irəliyəgetməmişik. Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyəidarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyənözünüidarə səviyyəsi olmalıdır. Lakin biz o qədər irəliyəgetməmişik. Əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndətələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi bizdanışıqlar masasında necə irəli getmək barədə danışardıq. Lakin o,bu öhdəliyi götürmür. Ona görə də, bu cür davam etsə, biz davamedəcəyik. Başqa yol yoxdur. Biz ölkənin bütün dünya tərəfindəntanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədərgedəcəyik.

- Prezident Əliyev, Siz artıq əhəmiyyətli dərəcə dəirəliləmisiniz və Dağlıq Qarabağ yaxınlığında əraziləriqaytarmısınız. Mülki şəxsləri nə vaxt geri qaytarmağa başlamağıplanlaşdırırsınız?

- İlk növbədə, bizim Ermənistan dövlətinin Azərbaycana vəvətəndaşlarımızın əmlakına vurduğu ziyanı qiymətləndirməyəehtiyacımız olacaq. Çünki azad edilmiş ərazilərdə demək olar ki,hər şey dağıdılıb. Mən dəfələrlə demişəm ki, on minlərlə insanınyaşadığı böyük şəhər olan Füzulidə biz bayraq sancmaq üçün binatapa bilmədik. Beləliklə, biz onu dirəyə taxdıq. Ona görə də, biz,ilk növbədə, dəymiş ziyanı qiymətləndirəcəyik. Biz ekologiyamıza,infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə vədövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçünbeynəlxalq ekspertləri dəvət edəcəyik. Çünki bütün məscidlər, bütünmuzeylər dağıdılıb. Bu, birincisi. Bundan sonra, əlbəttə ki,məhkəmə iddiaları olacaq, Ermənistan dövlətinə qarşı məhkəməiddiaları və biz artıq buna hazırlaşırıq. İkincisi, biziminsanların orada yaşaması üçün azı ilkin şərait yaratmağaehtiyacımız olacaq. Biz tikinti materialları tədarük etməli,infrastruktura investisiya yatırmalıyıq.

- Beləliklə, Siz düşünürsünüz ki, bunun üçün real olaraqillər lazımdır?

-Bilirsiniz, bütün işğal dövründə biz artıq 300 min qaçqın vəməcburi köçkünü yerləşdirmişik. Son illər ən güclü təsir bağışlayanillər olub, çünki təkcə bu il biz 7 min köçkün ailəsiniyerləşdiririk. Beləliklə, düşünürəm ki, biz ildə 7 mindən 10minədək ailəni köçürə bilərik. Lakin, əlbəttə ki, bunun üçün biziminfrastruktura ehtiyacımız var. Biz bunu hər şeyin hazır olduğuBakıda edirik. Lakin hər şeyin dağıdıldığı həmin ərazilərdə bizimelektrik stansiyalarına, yollara, su təchizatına ehtiyacımız var.Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu, nə qədərvaxt aparacaq. Lakin biz bunu maksimum qısa zamanda həyata keçirməküçün əlimizdən gələni etməyə çalışacağıq.

- Prezident İlham Əliyev, icazənizlə sonda bir və ya ikiqısa sual verim. Azərbaycanın çox güclü müttəfiqi olan Türkiyə Sizəböyük dəstək verib. Siz Prezident Ərdoğanla nə dərəcədə tez-tezdanışırsınız?

- Çox tez-tez. Xüsusilə indi, həftədə bir neçə dəfə.

- Bəs gündə?

- Gündə yox, amma ehtiyac olsa, gündə bir neçə dəfə ola bilər.Biz qardaşıq, dostuq. Dediyiniz kimi, böyük dəstək, siz haqlısınız.Lakin mən dəqiqləşdirmək istəyirəm, bu, siyasi dəstək və mənəvidəstəkdir. Başqa heç nə.

- Burada istifadə olunan dronları idarə edən türkpilotlar varmı?

- Xeyr.

- Beləliklə, onlar Sizin qüvvələriniz tərəfindənistifadə olunur?

- Bəli, hər şey bizim qüvvələrimiz tərəfimizdən istifadə olunur.Təkcə Türkiyə istehsalı olan dronlar deyil, İsrail istehsalı olandronlar, Rusiya istehsalı olan hərbi avadanlıq və bunu pulsuz əldəedən Ermənistandan fərqli olaraq bizim aldığımız və pul ödədiyimizdigər ölkələrin istehsalı olan hərbi avadanlıqlar. Hər şey bizimtərəfimizdən edilir.

- Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyinizgünü gözləyirsinizmi? Biz Ermənistanın artıq Rusiyaya müraciətetdiyini və onun nə etməyə hazır olduğunu soruşduğunu görmüşük.Sizcə Türkiyənin daha çox cəlb olunmağı xahiş edəcəyiniz güngələcəkmi?

- Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakıvəziyyətdən asılı olacaq. Bu, Ermənistanın davranışından və digərölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallardademişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik.Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bumünaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədətanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Məndüşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə,Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzunillər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm dəhərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizimTürkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malikolduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycantəcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbidəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik.

- Prezident Əliyev, icazənizlə mən daha iki sualla bağlıyardımınızı xahiş edəcəyəm. Münaqişənin indi yenidən alovlanmasınınvə Sizin belə güclü irəliləməyinizin səbəblərindən biri kimiTürkiyənin çox güclü dəstək verdiyini, bunun həqiqətən də həllediciolduğunu iddia edənlərə nə deyərdiniz. Əminəm ki, belə iddialarıeşitmisiniz.

- Xeyr, qətiyyən. Yeri gəlmişkən, Türkiyənin hərbi iştirakıharadadır? Bunu kim təsdiqləyə bilər? Hər hansı türk əsgərini kimgörüb?

- Yerində iştirak deyil, güclü siyasi dəstək, daimibəyanatlar, çox güclü regional gücdən çox güclü dəstək. Bu, buradaamil deyil?

- Bəli, bu, amildir. Lakin bu amil münaqişə başlayandan sonraçox mühüm əhəmiyyət kəsb etdi. Çünki əgər münaqişəninxronologiyasına nəzər salsanız, bu bəyanatlar Ermənistan bizə hücumedəndən və biz cavab verəndən saatlarla sonra başladı. AmmaTürkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub. Bu, qəfildənbaş vermədi. Bu, hər zaman belə olub. Niyə münaqişə başladı? Mənsizə deyə bilərəm. Çünki Ermənistan danışıqları pozmaq istəyirdi.Onlar iyulun 12-də dövlət sərhədində bizə hücum etdilər və bizimərazimizə daxil oldular. Biz cavab verməli olduq. Həmin toqquşma 4gün davam etdi və biz onları Azərbaycandan sıxışdırıb çıxarandansonra dayandıq və dövlət sərhədini keçmədik. Sonra avqustunortasında onlar diversiya qrupu göndərdilər, o, təmas xəttinikeçdi, həmin qrupun başçısı saxlanıldı və mülki şəxslərə qarşıterror hücumları planlaşdırdıqlarını etiraf etdi. Sonra sentyabrın27-də onlar bizim şəhərlərimizi artilleriya atəşinə tutmağabaşladılar, bizim mülki şəxslər və hərbçilər arasında ilkqurbanlarımız ilk saatlarda, bəlkə də ilk dəqiqələrdə oldu. Onlarbizi ağır artilleriyadan atəşə tutdular. Beləliklə, bu, beləbaşladı. Niyə başladı?

- Prezident Əliyev, üzr istəyirəm. Bilirəm Siz bizətarixini danışmaq istəyirsiniz, lakin Sizinlə iki məqama aydınlıqgətirmək istəyirəm. Siz hərbçilər arasında itkiləri qeyd etdiniz.Niyə Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siznarahatsınız ki, insanlar bu müharibədə nə qədər gənc insanın həlakolduğunu görsə, dəstək zəifləyə bilər?

- Xeyr, qətiyyən. Birincisi, bizdə çox deyil. Əgər sizmüharibənin miqyasına və bizim Ermənistanın 30 il ərzində tikdiyiistehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizimitkilərimiz minimaldır. Əlbəttə ki, biz bu cür danışa bilmərik. Hərbir insanın həyatı qiymətsizdir. Lakin bizim itkilərimizErmənistanınkından xeyli aşağıdır. Çünki bizim hərbi imkanlarımızdaha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasirsilahlarımız var, xüsusilə həmin dronlar. Çünki həmin dronlarolmasaydı, bütün o tanklar və toplar çox sayda adamı öldürərdi.Səbəb o deyil ki, biz düşünürük ictimaiyyətin dəstəyini almarıq,əksinə. Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlarbizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətirə bilərsiniz?Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktublarınheç birində mən “Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mənoğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm,xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünkibizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb.

- Prezident Əliyev, amma demək olar belə çıxmır ki,Sizin bu müharibədən başqa yolunuz yoxdur, Siz hər sonuncu qarışıgeri almaq üçün döyüşməlisiniz?

- Bəli, mənim dediyim məhz budur. Lakin, eyni zamanda, mənəvvəldən demişəm ki, əgər Paşinyan şəxsən özü, xarici işlər nazirideyil, şəxsən özü desə ki, Ermənistan Ağdamdan, Kəlbəcərdən,Laçından, boşaltmalı olduqları 3 qalan rayondan qoşunlarını çıxarırvə bizə vaxt cədvəli versə, biz dərhal dayanarıq. Biz bu müharibənidavam etdirmək istəmirik. İstəmirik. Biz dayanmaq istəyirik. Mənimindi dediyim lap əvvəldən dediklərimdir. Məni tanıyan insanlarbilirlər ki, mən sözümə əməl edən insanam. Mən nə deyirəmsə, onuedirəm. Əgər Paşinyan bunu bu gün desə, sizə söz verirəm ki, bizdərhal dayanarıq. Amma o, bunu etmir. O, bunu etmir. O, geri almaqistəyir. O, öz qüvvələrini yenidən qruplaşdırmaq, daha çox insansəfərbər etmək üçün bu atəşkəs imkanından istifadə etmək istəyir.Qeyd etdiyiniz ki, indi o, hərbi dəstək üçün Prezident Putinəməktub göndərib, bununla da öz məğlubiyyətini etiraf edib. Əgər o,məğlubiyyətini etiraf edibsə, niyə demir ki, əraziləri boşaldacaq?Bu ərazilər Ermənistana məxsus deyil. Bu, bizim torpaqlarımızdır.Onlar bu əraziləri bizə geri qaytarmalıdırlar. Əgər onlar bunuetməsələr, dediyim kimi, biz sona qədər gedəcəyik. Dayanmağın yoluyoxdur.

- Siz bilirsiniz Sizin qüvvələrinizin fəaliyyətinəticəsində Dağlıq Qarabağda neçə mülki şəxs həlakolub?

- Xeyr, bilmirik. Biz Ermənistanın Müdafiə Nazirliyinin rəsmiməlumatını eşitmişik. Biz bu rəsmi məlumata inanmırıq.

- Onlar 45 mülki şəxs deyir.

- Bəli, bilirəm 45, ya 47 - biz bilmirik. Mən bilmədiyim birşeyi deyə bilmərəm. Lakin mən düşünürəm ki, bu, çox şişirdilib.Çünki biz onların kəndlərinə hücum etməmişik. Biz onlarınşəhərlərinə hücum etməmişik.

- Hörmətli Prezident Əliyev, onların kənd və şəhərlərinəhücumlarla bağlı sənədli sübutlar var.

- Mən hələ bitirməmişəm. Biz Xankəndiyə hücum etmişik, çünkiXankəndi hərbi istehkamlarla dolu idi, biz onları məhv etməliidik.

- Mülki şəxslərin evləri dağılıb.

- Müharibə vaxtı bu, bəzən baş verir. Belə olur. Biz o qədərdəqiq deyilik, əgər onların artilleriyası düz evin yanındadırsa.Bu, Gəncədə olduğu kimi deyil ki, onlar bəlkə də 20-30 kilometrradiusunda heç bir hərbi obyektin olmadığı mülki obyektə qəsdənballistik raketlərlə hücum etdilər.

- Mülki şəxslərin ölümü ilə bağlı məlumatlar Sizinarahat edirmi?

- Bəli, əlbəttə. Mən təəssüf edirəm. Təəssüf edirəm ki, bu, başverib. Mən qohumlarını itirən hər kəsə başsağlığı verirəm. MənDağlıq Qarabağdakı mülki şəxsləri nəzərdə tuturam. Lakin yenə dəmünaqişənin miqyasını nəzərə alaraq, yenə də hər bir insanın həyatıqiymətsizdir deyərək, itkilər yenə də çox aşağıdır. Bu, onugöstərir ki, biz mülki şəxslərə qarşı döyüşmürük. Bilirsiniz onlar1990-cı illərdə müharibədə neçə mülki şəxsi qətlə yetiriblər?Minlərlə, minlərlə. Xocalı soyqırımında onlar 63-ü uşaq, 106-sıqadın olmaqla, 613 günahsız insanı qətlə yetiriblər, onların yalnızazərbaycanlı olduqlarına görə. Xocalı soyqırımı çox yaxşı tanınansübuta yetirilmiş faktdır.

- Siz bu qışda Dağlıq Qarabağda humanitar fəlakəttəhlükəsinin olmasını qəbul edirsiniz? Siz yaxınlaşırsınız vətezliklə ərazini mühasirəyə almaq mövqeyində ola bilərsiniz.İçəridəki mülki şəxslərin taleyi necə olacaq?

- Bu sual mənə yox, Paşinyana verilməlidir ki, dayansın və mənnecə dayanmağı deyirəm.

- Lakin Siz onları təcrid edə bilərsiniz. Əgər Sizinqüvvələriniz onları təcrid etsə, onlar necə sağqalacaq?

- Biz onların qayğısına qalacağıq. Onların qayğısına qalacağıq.Buna qətiyyən şübhə olmasın. Biz onları hər şeylə - ərzaqla, suilə, hər şeylə təmin edəcəyik. Buna şübhə olmasın. Münaqişənin ilksaatlarında bizim bütün hərbi komandirlərimiz məndən birbaşagöstəriş alıblar ki, mülki şəxslərin qayğısına qalınmalıdır. Sizbizim Hadrutda tapdığımız yaşlı iki adam haqqında əhvalatıbilirsiniz? Onların qohumları və hərbçilər onları, sadəcə olaraq,tərk edərək qaçmışdılar. Bir qadın və bir kişi, təxminən 90yaşlarında. Biz onları buraya, Bakıya gətirdik, xəstəxanayayerləşdirdik və onları Ermənistana təhvil verdik. Bilirsiniz nə başverdi? Həmin yaşlı kişi artıq sərhəddə, Qazaxda, buradan uzaqdaolanda, ermənilər onu qəbul etməkdən imtina etdilər. Onlar dedilərki, o, xəstədir, tezliklə öləcək, biz onu istəmirik. Bilirsiniz?Onlar məhz belə etdilər. Həmin şəxs Qırmızı Xaçın himayəsi altındaxəstəxanaya yerləşdirildi və qadın onlara təhvil verildi. Əfsuslarolsun ki, kişi öldü. Biz mülki şəxslərlə bu cür davranırıq. Onagörə də, hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər taməmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq və onlarAzərbaycanın himayəsi altında daha yaxşı yaşayacaqlar.

- Lakin onların təxminən 90 mini artıq qaçıb. GörünürSizin təminatlarınız onları sakitləşdirmir.

- Bizdə olan məlumata görə, Dağlıq Qarabağda yaşayan real əhali60-70 min nəfər olub. Bütün bu rəqəmlər çox şişirdilib. Ona görədə, mən şübhə edirəm ki, 90 min nəfər qaça bilər, çünki maksimum 70min nəfərdir.

- Prezident Əliyev, Sizə uzunmüddətli perspektivlə bağlısual verə bilərəm? Cənubi Qafqazın gələcəyini necə görürsünüz?Buraya sülhün gəlməyini necə görürsünüz? Demək istəyirəm ki,Azərbaycanla Ermənistan arasında nə vaxtsa sülhün olacağı günügörürsünüzmü?

- Bəli, əgər mənim mövqeyimi soruşursunuzsa, düşünürəm ki, bu,mümkündür. Lakin bu, təkcə məndən asılı deyil. Bu, yalnızErmənistan tərəfindən asılıdır. Müharibənin bu 40 günü ərzində məndəfələrlə demişəm ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdəişləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxınstrateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik. Baxın,biz onlarla neçə layihə həyata keçirmişik, bizim əlaqələrimiz necəyaxındır. Bu əlaqələr tarixi irsə, praqmatizmə, maraqlarımızınbalansına əsaslanır. Niyə Ermənistan təcrid olunub? İşğalsəbəbindən. Əgər siz, məsələn, bizim enerji və nəqliyyatlayihələrimizin xəritəsinə baxsanız görərsiniz ki, onlarErmənistandan yan keçir. Bizim resurslarımızı beynəlxalq bazarlaranəql etməyimiz üçün ən qısa yol Ermənistandan keçir və biz 1990-cıillərdə bunu onlara təklif etmişik. Biz dedik - əraziləri boşaldın,gəlin, Ermənistan ərazisindən keçməklə Naxçıvan və sonra Türkiyəyədaxil olan kəmər tikək, onda biz bütün ölkələrin maraqlarınıbirləşdirərik, regionun bütün ölkələrini müəyyən mənadabir-birindən asılı edərik və bu, sülhün təminatı olar. Onlardedilər - yox. Mən Minsk qrupu həmsədrləri vasitəsilə, - onlar bunutəsdiqləyə bilərlər, - dəfələrlə maliyyə yardımı, Dağlıq Qarabağdasosial proqramlar, büdcəmizdən maliyyələşmə təklif etmişəm, əgəronlar əraziləri boşaltsalar. Onlar deyiblər - yox. Mən DağlıqQarabağa muxtariyyət, dünyada mümkün olan ən yüksək muxtariyyəttəklif etmişdim. Ermənistan dedi - yox. Onlar hər şeyə “yox”deyiblər. Beləliklə, indi baş verənlər onların günahıdır. Yerigəlmişkən, onların Qarabağ klanı tərəfindən devrilmiş ilkprezidenti məqalə dərc etdirərək deyib ki, - bu, 1990-cı illərinortalarında olub, - azərbaycanlılar indi bizə təklif etdiklərinibir daha təklif etməyəcəklər.

- Siz indi Dağlıq Qarabağ üçün muxtariyyət statusunuqəbul edərsiniz?

- İndi mən bu barədə danışmamağa üstünlük verirəm. Çünki indiyerində vəziyyət dəyişib. Lakin mən bunu dəfələrlə təklif etmişdimvə ermənilər bunu rədd etdilər.

- Beləliklə, Siz indi Dağlıq Qarabağ üçün nəistəyirsiniz?

- Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansıbaşqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu, yenədə Ermənistan hökumətinin necə davranacağından asılı olacaq.Onların məntiqli olması üçün hələ də çox gec deyil. Onlarındanışıqlar masasında daha çox şey əldə etmələri üçün hələ də çoxgec deyil. Çünki biz digər şəhər və kəndlərə nəzarəti ələkeçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlarvaxt itirirlər. Əgər onlar məntiqli davransalar, biz bəziözünüidarəetmə formaları üzərində işləyə bilərik. Biz bununəleyhinə deyilik. Lakin onlar Azərbaycanın ərazi bütövlüyünüpozmamalıdır. Onlar İtaliya, İsveç və Finlandiya kimi Avropaölkələrinin öz aralarında sahib olduğu ən yaxşı təcrübəyəəsaslanmalıdır. Niyə bundan fərqli olmalıdır? Sonra əlbəttə ki,regiona sülh gələcək. Zənnimcə, səmimi desək, Ermənistanın bu başnaziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünmürəm.Ermənistanda hökumət dəyişməli, məntiqli insanlar, qan axıdılmasıvə hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar gəlməlidirlər vəsonra düşünürəm ki, birgə addımlarla biz Cənubi QafqazdaAzərbaycan, Gürcüstan və Ermənistan arasında Sovet İttifaqıdövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik.Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayırdıq.

- Sülh naminə Sizin təklif edə biləcəyiniz hər hansı birkompromis varmı? Sizin indi verməyə hazır olduğunuzu söyləyəbiləcəyiniz nəsə varmı?

- Digər tərəf kompromis arzulamadığı halda, mən kompromis təklifedə bilmərəm. Bilirsiniz, bu müddət ərzində Ermənistanın baş naziridə bir neçə dəfə xarici jurnalistlərə müsahibə verib. Rusiyateleviziyasında bir veriliş var. Onlar eyni sualı mənə də, ona daverdilər. Məndən kompromis barədə soruşanda, mən sizə söylədiyimidedim. Ondan 3 dəfə kompromis barədə soruşanda o dedi - DağlıqQarabağda yaşayan ermənilər üçün öz müqəddəratını təyinetmə. Ammabu, kompromis deyil. Onlar hansı kompromisə getməyə hazırdırlar?Yeri gəlmişkən, bu gün onların kompromisə getmək imkanları azalır.Çünki biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq. Bizimkompromis hələ də masanın üzərindədir. Lakin əgər biz bütünəraziləri geri qaytarsaq, 100 faiz zəmanət yoxdur ki, bu, masadaolacaq. Onda biz nə barədə danışacağıq? Beləliklə, hazırdaErmənistanın baş naziri üçün, onun özü üçün ən yaxşısı odur ki,mənə qulaq assın, açıq şəkildə desin ki, “Biz Ağdamı, Kəlbəcəri vəLaçını boşaldırıq”, biz dayanarıq, atəşkəs olar, əgər onlar onuyenidən pozmasalar və biz sizin qeyd etdiyiniz məsələlərə - status,muxtariyyət, mədəni muxtariyyət, icma və digərlərinə geriqayıdarıq. Biz ədalətli ola bilərik. Mən həmişə xalqımıza düzdanışıram. Bu gün vəziyyət dəyişib. Ona görə də, mənim bir ilbundan əvvəl, iki il bundan əvvəl onlara təklif etdiyim, ola bilsinki, etibarsızdır. Lakin bu barədə danışmaq tezdir.

- Sizin sülh yolu ilə həllə ümidiniz varmı?

- Bəli, ümidim var. Çünki indi mənim ümidim bizim döyüşmeydanındakı uğurumuza əsaslanır. Mənim ümidim Ermənistanınkonstruktiv mövqeyinə əsaslanmır. Çünki bizim döyüş meydanındagördüklərimiz, Füzulidə, Cəbrayılda gördüklərimiz, biz gördük ki,onlar əraziləri boşaltmağı planlaşdırmırdılar. Onlar bizə yalandanışırdılar. Onlar Minsk qrupunun həmsədrlərinə yalandanışırdılar. Çünki onlar o istehkamlara o qədər vəsait yatırıblarki, oraları heç vaxt boşaltmazdılar. Buna görə Füzuliyə nəzarətiələ almaq bizim çox vaxtımızı apardı. Sonra biz Araz çayı boyuErmənistanla dövlət sərhədinə doğru hərəkət edəndə bir neçə kənddəçox şiddətli toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə günvaxtımızı aldı.

-Prezident Əliyev, icazənizlə mən Sizə BBC-ninAzərbaycan xidməti adından sual vermək istəyirəm. Əgər öz dilinizdəcavab verməyə şad olsanız, düşünürəm ki, onlar çox şad olarlar. Bumünaqişədən sonra burada, Azərbaycan xalqı üçün necə gələcəkgörürsünüz. Bəziləri deyər ki, bilirəm Siz razılaşmazsınız, lakinbəziləri deyər ki, bu, hələ də tam azadlığı, tam insan haqlarıolmayan cəmiyyətdir. Əgər münaqişə bitərsə, Siz sülhün dividendgətirəcəyini görürsünüzmü? Düşünürsünüzmü ki, cəmiyyət onlarıdüşündürən Dağlıq Qarabağ məsələsini geridə qoyacaq? Burada hansıgələcəyi görürsünüz.

-Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Bizson illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həmsiyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalqtəşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyükuğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyəçevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır.Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəsverəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarınaqayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər.Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum köməkgöstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq,evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmizüçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq,təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlərsahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək.Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimiöz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik.Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq.Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurlaçatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazibütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənimPrezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifəninöhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi,zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq.Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyükxalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha dagücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.

Zəfər
Zəfər
Məqalədə:
Seçilən
137
34
az.trend.az

10Mənbələr