AZ

Oyun zamanı halı pisləşən məşqçi durumu necədir?

Niderland ilə Millətlər Liqası matçında halı pisləşən Macarıstan yığmasının baş məşqçisi Adam Szalay sosial şəbəkələrdə paylaşım edib.

Publika.az xəbər verir ki, “Mesajlar üçün təşəkkürlər, mən yaxşıyam!” – deyə 36 yaşlı məşqçi yazıb.

“M4 Sport”un məlumatına görə, Szalai həmin axşam xəstəxanadan çıxıb. Ona görə də o, oteldə gecələyə bilib və milli komanda ilə birlikdə Macarıstana qayıdacaq.

Niderland öz meydanında Macarıstanı 4:0 hesabı ilə məğlub etdiyi matçın start fitindən 6 dəqiqə sonra 36 yaşlı Szalainin qıcolması keçirdiyi üçün görüş dayandırılıb.

Seçilən
22
4
publika.az

5Mənbələr