AZ

SOCAR ilə “Yokogawa Electric” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Yokogawa Europe B.V.”nin prezidenti və “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə görüşüb.

Görüş çərçivəsində SOCAR ilə “Yokogawa Electric” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum şirkətlər arasında mövcud əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.

Seçilən
13
6
vergiler.az

10Mənbələr