Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı vəziyyətlə əlaqədar Rusiya donanmasının gəmilərinin Tartusdakı hərbi bazadan çıxması barədə məlumatları təkzib edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
O bildirib ki, Aralıq dənizində hərbi-dəniz təlimləri keçirilir.
"Ola bilsin, sizin peyk şəkilləriniz başqa bir şeylə qarışdırılıb", - Lavrov Doha Forumunda jurnalistlərə bildirib.
Daha əvvəl KİV-lər peyk şəkillərinin məlumatlarına əsaslanaraq Rusiya gəmilərinin hərbi bazanı tərk etdiyi barədə məlumat vermişdi.
Müəllif: Teleqraf.com