AZ

339 minə yaxın mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 338 621 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə. bu göstəricinin 58 812-si (17,4%) ilkin, 279 809-u isə (82,6 %) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin 11 ayında fərdi yaşayış və bağ evi üzərində - 57 225, mənzil üzərində - 78 347, torpaq sahəsi – 191 204, qeyri-yaşayış binası – 3 114, qeyri-yaşayış sahəsi – 7 940, əmlak kompleksi - 738, çoxmərtəbəli yaşayış binası üzərində isə 53 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 88 494-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-noyabr ayları ərzində 255 838texniki pasport tərtib edilib, 67 648 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Seçilən
34
10
sia.az

10Mənbələr