AZ

Ərdoğandan SON DƏQİQƏ Suriya mesajı

Prezident Rəcəb Tayyib Ərdoğan 10 Dekabr Ümumdünya İnsan Hüquqları Günü münasibətilə göndərdiyi mesajda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Haqları Bəyannaməsinin qəbul edilməsinin 76-cı ildönümü münasibətilə dünyanı təbrik edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ümumdünya İnsan Haqları Bəyannaməsinin bəşəriyyətin ləyaqət uğrunda mübarizəsinin mühüm mərhələlərindən biri olduğunu deyən Ərdoğan bəyannamənin beynəlxalq ictimaiyyətə məsuliyyətlərini xatırlatdığını, qlobal sülh və sabitliyin bərqərar olmasına istiqamət verdiyini vurğulayıb.

Prezident həmçinin Suriyaya lazımi dəstəyin veriləcəyini bildirib:

“60 ildən çox Baas diktaturasından və 13 illik vətəndaş müharibəsindən sonra qonşumuz Suriyada yaranan sülh, sabitlik və əmin-amanlıq ümidlərini alqışlayırıq. Suriyanın hərtərəfli idarəetmə sistemi ilə qurulması üçün suriyalı qardaşlarımıza lazımi dəstəyi verəcəyik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

phrase_var_article.chosen
65
20
musavat.com

10phrase_var_article.sources