Bakı. Trend:
Suriyada qurulan müvəqqəti hökumət 2025-ci ilin martına qədərfəaliyyət göstərəcək.
Trend-in məlumatına görə, bu barədə Baş nazir vəzifəsini icraedən Məhəmməd Əl-Bəşir deyib.
"Müvəqqəti hökumət quruldu, o, “xilas hökuməti”ndən bir neçənazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunana qədər2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqətihökumətdir", - deyə o bildirib.
O qeyd edib ki, hökumət ölkənin dağılmasının qarşısını almaqüçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarınınsabitliyini qoruyacaq. Əl-Bəşir əlavə edib ki, Nazirlər Kabinetiyeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.