AZ

İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır - "The Times of Israel"

Bu fikirlər "The Times of Israel"də dərc olunan məqalədəndir.Nəşr hərbi dairələrdəki mənbələrinə istinad edib. Nəşrin mənbələri qeyd ediblər ki, belə bir ehtimal Yaxın Şərqdə İranın proksi qüvvələrinin zəifləməsi və Suriyada Bəşər Əsəd rejiminin süqutu fonunda nəzərdən keçirilir.

İsrail Suriyadakı vəziyyətdən istifadə etməkdə ittiham edilib
İsrail Müdafiə Qüvvələri (TSAXAL) hesab edir ki, Suriya rejiminin süqutundan və Tehranın əsas marionet qruplaşması “Hizbullah”ın Livanda nüfuzunu itirməsindən sonra İran artıq təcrid olunub. Məhz bu səbəbdən rəsmi Tehran nüvə proqramının həyata keçirilməsini sürətləndirə bilər. “The Times of Israel” yazıb ki, islam dövləti itirilmiş “çəkindirici qüvvələri” kompensasiya etmək üçün çox güman ki, nüvə silahı istehsalını davam etdirəcək: "Belə bir ssenaridə İsrail rəhbərliyi İran hədəflərinə qabaqlayıcı zərbələr endirmək qərarına gələ bilər".

Qeyd edək ki,"The Wall Street Journal"da oxşar mövzuda məlumat yayıb. Məqalədə yazılıb ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı mübarizə variantlarını, o cümlədən bu ölkəyə “önləyici hava zərbələri” endirmək imkanlarını nəzərdən keçirir.

Tural Tağıyev
AzVision.az

Seçilən
31
50
azvision.az

10Mənbələr