AZ

İsrail İranın nüvə obyektlərini vuracaq

İsrail

İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır.

Reyting.az
-ın məlumatına görə, “The Times of Israel” nəşrinin hərbi dairələrdəki mənbələri deyiblər ki, zərbələr endirmək ehtimalı Yaxın Şərqdə İranın proxy qruplarının zəifləməsi və Suriyada Bəşər Əsəd rejiminin süqutu fonunda nəzərdən keçirilir.

İsrail Müdafiə Qüvvələri (İDF) hesab edir ki, Suriya rejiminin süqutu və onun əsas marionet qruplaşması “Hizbullah” Livanda nüfuzunu itirdikdən sonra təcrid olunmuş İranın nüvə proqramını sürətləndirməsi mümkündür.

Nəşrin yazdığına görə, itirilmiş “çəkindirici qüvvələri” kompensasiya etmək üçün Tehran çox güman ki, nüvə silahı istehsalını davam etdirəcək və belə bir ssenaridə İsrail rəhbərliyi İran hədəflərinə qabaqlayıcı zərbələr endirmək qərarı verə bilər.

Xatırladaq ki, dekabrın 8-də Suriya üsyançıları Dəməşqi tutub və prezident Bəşər Əsədi Rusiyaya qaçmağa məcbur ediblər. Bunun ardınca İsrail Suriyadakı kimyəvi silah anbarlarının qiyamçıların əlinə keçməsinin qarşısını almaq üçün onlara zərbələr endirib. Əməliyyat zamanı İsrail təyyarələri müəyyən edilmiş yer-hava raket ehtiyatlarının 90 faizini və təyyarələr də daxil olmaqla, əhəmiyyətli miqdarda digər silahları məhv edib.

Bu arada, dekabr ayında Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın zənginləşdirilmiş uranın istehsal sürətini kəskin şəkildə artırdığını bildirib. MAQATE-nin hesablamalarına görə, İran dörd nüvə başlığı yaratmaq üçün kifayət qədər – 60 faiz zənginləşdirilmiş uran toplayıb.

E. KAMAL
Seçilən
28
50
reyting.az

10Mənbələr