AZ

Nensi Pelosi xəstəxanaya yerləşdirildi

ABŞ Konqresinin Nümayəndələr Palatasının 84 yaşlı keçmiş spikeri Nensi Pelosi Konqresin nümayəndə heyəti ilə Lüksemburqa səfəri zamanı xəsarət alıb və hazırda yerli xəstəxanada tibbi müayinədən keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bulge Hücumunun 80-ci ildönümünü qeyd etmək üçün iki partiyalı konqres nümayəndə heyəti ilə Lüksemburqa səfər edərkən Pelosi yaralanıb və müayinə olunmaq üçün xəstəxanaya aparılıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, zədəsi səbəbindən o, nümayəndə heyətinin planlaşdırılan tədbirlərində iştirak edə bilməyəcək.


Müəllif: Arzu
phrase_var_article.chosen
38
14
teleqraf.com

10phrase_var_article.sources