AZ

Türkiyə “Həyat Təhrir əl-Şam”ın faktiki olaraq terror təşkilatı olmadığını bildirib

“Həyat Təhrir əş-Şam” qruplaşması faktiki olaraq terror təşkilatı deyil.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü (AK Partiya) Ömər Çelik mətbuat konfransında danışıb.

“Qruplaşmanın lideri Əbu Məhəmməd əl-Culani Avropa İttifaqı ilə əlaqələr qurub. Hamı ilə əlaqə yaradıb. “Həyat Təhrir əş-Şam” hazırda terror təşkilatları siyahısındadır, lakin bu, dəyişəcək. “Həyat Təhrir əş-Şam” faktiki olaraq terror təşkilatı deyil”, - deyə o qeyd edib.

O xatırladıb ki, ötən həftə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqdə Əbu Məhəmməd əl-Culani görüş keçirib.

Seçilən
10
3
azpolitika.info

6Mənbələr