AZ

Zaur Əliyev: İcbari tibbi sığorta tətbiq olunduqdan sonra səhiyyə sahəsində önəmli dəyişikliklər baş verib

Bakı, 18 dekabr, AZƏRTAC

Artıq dörd ildir ki, ölkəmizdə icbari tibbi sığorta tətbiq olunur. Bu müddət ərzində səhiyyə sahəsində önəmli dəyişikliklər baş verib.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Səhiyyə İdarəçiləri Zirvəsi 2024”ün “Səhiyyədə yeni imkanlar” mövzusunda keçirilən tədbirin rəsmi açılışında deyib.

"Azərbaycanda həm dövlət, həm də özəl tibb müəssisələri icbari tibbi sığortanın tətbiqində iştirak edirlər. Tibbi xidmətlərin vətəndaşlarımız üçün əlçatan olmasında tibb müəssisələrinin rolu danılmazdır. Bu baxımdan xəstəxana rəhbərlərinin bir araya gəlməsi tibb müəssisələrində innovativ həllərin tətbiqi, rəqabətə davamlılığının artırılması və digər aktual məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar əhalinin sağlamlığının qorunmasına və bütövlükdə səhiyyənin inkişafına xidmət edir", - deyə Z.Əliyev bildirib.

phrase_var_article.chosen
30
3
azertag.az

4phrase_var_article.sources