AZ

Həbs müddəti yenidən uzadıldı

Moskvanın Basman məhkəməsi Rusiyanın müdafiə nazirinin müavini Timur İvanovun rüşvət işi üzrə həbs müddətini uzadıb.

Olaylar xəbər verir ki, onun həbs müddəti martın 23-dək uzadılıb.

"Timur Vadimoviç İvanovun həbs müddətinin martın 23-dək uzadılması ilə bağlı müstəntiqin vəsatəti təmin edilib", - hakim Timur Vaxromeyev qərarı elan edib.

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi. İyun ayında həbs müddəti 3 ay, daha sonra yenidən 3 ay uzadılmışdı.

İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
9
7
olaylar.az

8phrase_var_article.sources