AZ

Böyük Britaniya kralı Kristofer Nolana titul verdi

Yazını böyüt
Yazını kiçilt

Məşhur “Oppenheimer” filminin və digər hit filmlərin müəllifi, rejissor Kristofer Nolan cəngavər titulunu Böyük Britaniya kralı III Çarlzdan alıb. Bu barədə “The Independent” məlumat yayıb.

Rejissorun cəngavər mərasimi Bukingem sarayında baş tutub. Nolan jurnalistlərə bildirib ki, monarx III Çarlz "Oppenheimer"i bəyəndiyini deyib.

“Böyük Britaniya kralının filmimizdən xəbəri olduğunu eşitmək çox xoş idi. Və o, ümid edirdi ki, mən bunu daha da böyük inkişaf üçün stimul kimi qəbul edəcəyəm”, - deyə rejissor bildirib.

Seçilən
12
hafta.az

1Mənbələr