AZ

Bukayo Saka zədə aldı, Mikel Arteta açıqlama verdi

İngiltərə Premyer Liqasının 17-ci turunun “Kristal Pelas”la səfər oyunu “Arsenal”ın cinah hücumçusu Bukayo Saka üçün düşərli olmayıb.

Arena.az məlumat verir ki, ingilis futbolçu “topçular”ın 5:1 hesablı qələbə qazandıqları oyunda zədələnərək, oyunun 24-cü dəqiqəsində əvəzlənib.

Oyundan sonra Saka “Selherst Park” stadionunu qoltuqağacıların köməyi ilə tərk edib. Hücumçunun zədəsinin nə dərəcədə ciddi olduğu hələ bilinmir. Buna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

“Topçular”ın baş məşqçisi, ispan mütəxəssis Sakanın vəziyyəti ilə bağlı ilkin məlumat verib:

“Biz Sakanın zədəsindən çox narahatıq. O, dizindən yapışdı və oyuna davam edə bilmədi. Onun müayinəyə ehtiyacı olacaq, amma bəli, biz narahatıq”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, Bukayo Saka “Arsenal”ın yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Saka “topçular”ın heyətində 24 oyuna çıxıb, 9 qol vurub, 13 məhsuldar ötürmə verib.

Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 250 oyun, 67 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

Bukayo Saka “Arsenal”la İngiltərə Kubokunun (2020) və İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis sağ cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
56
20
arena.az

10Mənbələr