Bakı, 21 dekabr, AZƏRTAC
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhəddində zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.