Panama prezidenti Xose Raul Mulino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalının ABŞ-a qaytarılmasını tələb edə biləcəyi ilə bağlı sözlərinə "Panama kanalı Panamadır və belə qalacaq" deyib.Mulino Trampın Panananı kanaldan istifadəyə görə həddindən artıq yüksək ödənişlər almaqda günahlandırdığı və kanal düzgün idarə olunmasa, onu ABŞ-a qaytarmağa çalışacağı şərhinə cavab verib.Mulino "Vətəndaşlarım, bir prezident kimi, birmənalı olaraq bildirmək istəyirəm ki, Panama kanalı və ona bağlı bütün ərazilər, onun hər kvadratmetri Panamadır. Ölkəmizin suverenliyi və müstəqilliyi müzakirə edilə bilməz. Panama Kanalı Panamaya məxsusdur və belə də qalacaq" deyib.Kanalın aydın qaydalar çərçivəsində işlədildiyini vurğulayan Mulino, baxım və idarəetmə proseslərinin təhlükəsiz, davamlı və peşəkar şəkildə həyata keçirildiyini bildirib."Tariflər özbaşına müəyyən edilmir. Bu ödənişlər bazar şəraiti, beynəlxalq rəqabət, istismar xərcləri və kanalın saxlanması və modernləşdirilməsi ehtiyacları nəzərə alınmaqla açıq şəkildə müəyyən edilir", - deyə Mulino vurğulayıb.Mulino Panama kanalının birbaşa və ya dolayı yolla Çin, Avropa Birliyi, ABŞ və ya hər hansı digər güc tərəfindən idarə olunmadığını vurğulayıb.Panamanın bütün millətlərə hörmət etdiyini vurğulayan Mulino sözlərinə belə davam edib:"Panama digər xalqlara hörmət edir və eyni hörmətin bizə də göstərilməsini tələb edir. Mən bir panamalı olaraq bu həqiqəti təhrif edən hər hansı ritorikanı qətiyyətlə rədd edirəm. Kanal millətimizin ayrılmaz mirasıdır. Konstitusiyada və neytrallıq müqaviləsində qeyd edildiyi kimi kanal bütün xalqların gəmilərinə dinc giriş üçün açıqdır və onun fasiləsiz keçidi təmin edilərək, panamalıların əlində qalması təmin edilir".Tramp administrasiyası ilə yaxşı əlaqələr qurmaq istədiklərini ifadə edən Mulino "Qeyri-qanuni immiqrasiya, narkotik ticarəti və mütəşəkkil cinayətkarlıq kimi prioritet mövzularımız var. Biz hər zaman dialoqa açıq olan bir ölkəyik. Bununla belə, vətən hər şeydən əvvəl gəlir və bu məsələ heç vaxt danışıqlar mövzusu ola bilməz” ifadələrini qeyd edib.1914-cü ildə ABŞ tərəfindən inşa edilən Panama Kanalı 1977-ci il sentyabrın 7-də Vaşinqtonda o zamankı Panamanın lideri Ömər Torrixos və ABŞ prezidenti Cimmi Karter arasında imzalanan Torrixos-Karter sazişləri çərçivəsində 31 dekabr 1999-cu ildə Panamaya verilmişdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta