AZ

Təyyarə qəzasında xəsarət alan soydaşlarımızdan biri Lənkəran sakinidir - VİDEO

Bu gün Qazaxıstanda baş verən təyyarə qəzasında sağ qalanlardan biri də Lənkəran rayonunun Lüvəsər kənd sakini, 2004-cü il təvəllüdlü Ayhan Zəfər oğlu Bayramzadədir.

Bizim.Media xəbər verir ki, təyyarənin qəzaya uğraması xəbəri ailəsini şoka salıb.

Onun atası, Zəfər Bayramov, əvvəlcə oğlunun vəziyyəti barədə heç bir məlumat ala bilməyib.
 

Daha sonra televiziya kanallarında oğlunun Fövqəladə Hallar Naziri ilə danışdığını görüb. Bildriilib ki, Ayhan əmisinin yanına Rusiyaya işləməyə gedirmiş. Ayhanın anası, Aynur Bayramova, oğlunun sağ qalmasını eşidəndə böyük sevinc yaşadığını bildirir. 


Ailə övladları ilə telefon əlaqəsi saxlayaraq oğlanlarının vəziyətinin normal olduğunu dəqiqləşdiriblər.


Bizim.Media

Seçilən
17
32
bizim.media

10Mənbələr