AZ

AZAL-ın kapitan pilotundan AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Təyyarə qəzası barədə sosial şəbəkələrə daxil olandan sonra öyrəndim".
Oxu.Az xəbər verir ki, bunu Baku TV-nin "Baku Analitik" verilişində AZAL-ın kapitan pilotu Sərxan Məhərrəmov deyib.
O, hadisə baş verən gün sükan arxasında olduğunu bildirib:
"Hadisə baş verən gün mən "London Heathrow" Hava limanından Bakı istiqamətində uçuş həyata keçirmişəm. Enişdən sonra evə getdim. İstirahət etmək üçün mobil telefonumu söndürdüm. Telefonu açandan sonra çoxlu sayda zənglərin, mesajların gəldiyini gördüm. İlk öncə mənə çatmadı, nə baş verib. Sosial şəbəkələrə daxil olandan sonra vəziyyəti öyrəndim. Qəzanı biləndə dəhşətə gəldim. Elə bildim ki, bu, yuxudur, yuxu kimi gəldi mənə. Artıq sosial şəbəkələri vərəqlədikcə öyrəndim ki, həqiqətən də, çox dəhşətli bir qəza olub", - deyə o bildirib.
Seçilən
19
50
oxu.az

10Mənbələr