AZ

Gömrük Komitəsi “Böyük qayıdış”a cərimə yazdı

“Böyük qayıdış” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

 

İş Zaqatala Rayon Məhkəməsinin hakimi Tural Həsənovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 18 Dekabr 2023, 08:03   
Seçilən
561
5
pravda.az

10Mənbələr