AZ

“Seçkilərin nəticələri ölkənin gələcək yolunu müəyyən edəcək”

"Son illərin hadisələrini nəzərə alsaq, 7 fevral seçkilərinə xüsusi təəssüratla gedirik".

Milli.Az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi, fəxri mədəniyyət işçisi Liana Vəzirova bildirib.

O vurğulayıb ki, Azərbaycan torpağının canı olan Qarabağın təcavüzkarlardan azad olunması mədəniyyətimiz üçün əvəzsiz əhəmiyyət kəsb edir: "Çünki Qarabağ Azərbaycan mədəniyyətinin xəzinəsi, milli musiqi və poeziyanın beşiyidir. İndi isə ölkəmizin qarşısında duran başlıca vəzifə onun əvvəlki əzəmətini bərpa etməkdir. Bir sənət adamı kimi mən bir vaxtlar Qarabağda müxtəlif mövzular üzrə bir sıra muzeylərin olduğu zamanları xatırlayıram. Bu, elə bir irsdir ki, onu da mütləq şəkildə bərpa etməliyik.

Seçkilərin nəticələri ölkənin gələcək yolunu müəyyən edəcək. Odur ki, bu seçkilərdə iştirak etmək hər kəsin milli vəzifəsidir".

Milli.Az

Seçilən
180
2
milli.az

10Mənbələr