AZ

Keyn "Mançester Yunayted"in təklifini niyə rədd edib?

“Tottenhem”in keçmiş hücumçusu, bu yay "Bavariya"ya transfer olunan Harri Keyn “Mançester Yunayted”in təklifini rədd etməsi haqda danışıb.

Qol.az xəbər verir ki, 30 yaşlı forvard bunun səbəbini açıqlayıb:

“Aydındır ki, yayda mən və nümayəndələrim müxtəlif klublarla danışıqlar apardıq. Amma “Bavariya” məni həmişə ruhlandıran klub olub. Onlar ortaya çıxandan sonra digər variantlar mənim üçün daha az maraqlı oldu. İndi də xoşbəxtlikdən Münhendəyəm. Təbii ki, “Mançester Yunayted” böyük klubdur. Amma indi bütün diqqətimi “Bavariya”da oynamağa yönəltmişəm. Burada olmaqdan çox şadam”.

Qeyd edək ki, "Bavariya" Keyn ilə 4 illik müqavilə imzalayıb.

Seçilən
161
5
qol.az

10Mənbələr