AZ

ÇL: “Atletiko” və “Borussiya” da 1/4 finalda!

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.



Komanda.az xəbər verir ki, son gündə 2 oyun keçirilib.



“Atletiko” ilk görüşdə 0:1 hesabı ilə uduzduğu “İnter”i qəbul edib. Matçın əsas və əlavə vaxtı “Atletko”nun 2:1 üstünlüyü ilə başa çatıb. Buna görə də penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan “Atletiko” 1/4 finala yüksəlib. 



Dortmund “Borussiya”sı isə ilk matçda heç-heçə etdiyi PSV-yə evdə 2:0 hesabıyla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.



Bundan əvvəl “Bayern”, PSJ, “Mançester Siti”, “Real”, “Arsenal” və “Barselona” da 1/4 finala vəsiqə qazanmışdılar. 1/4 finalın püşkü martın 15-də keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.



UEFA Çempionlar Liqası1/8 final mərhələsi13 mart



“Atletiko” (İspaniya)  – “İnter” (İtaliya) – 2:1 (penaltilər 3:2)Qollar: Qrizman, 35. Depay, 86 – Dimarko, 33.İlk oyun – 0:1



“Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland) – 2:0Qollar: Sanço, 3. Roys, 90+5.İlk oyun – 1:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərUEFA Çempionlar Liqası

Seçilən
480
9
komanda.az

10Mənbələr