AZ

İran XİN Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşünü tənqid edib

İran hesab edir ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.

Day.Az-ın məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kənani Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşü ilə bağlı sualı cavablandırarkən deyib.

N.Kənani Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıb:

"İqtisadi əməkdaşlığın gücləndirilməsi və əlaqələrin genişləndirilməsi Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında, iqtisadi inkişafda səmərəli rol oynayır, və bu baxımdan mübahisələrin sülh yolu ilə həlli üçün regional strukturların, o cümlədən "3+3" məşvərət mexanizminin potensialından istifadə etmək lazımdır".

Seçilən
541
50
day.az

10Mənbələr