AZ

Məkkədə həcc ziyarəti zamanı 570-dən çox zəvvar istidən öldü

Səudiyyə Ərəbistanında həcc zamanı istiyə görə 577 zəvvar ölüb.

Bu barədə "Frans-Press" (AFP) agentliyi mənbəsinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, ölənlərdən azı 323-ü misirlidir. Onların ölümünə səbəb isti hava olub, təkcə biri izdihamda ölümcül xəsarətlər alıb. Bundan başqa həlak olanlardan azı 60 nəfəri də iordaniyalıdır. Qeyd edək ki, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkədəki Böyük məsciddə temperaturun 51,8 dərəcəyə çatdığını qeyd edib. 

phrase_var_article.chosen
86
9
turanpress.com

10phrase_var_article.sources